XƏBƏRLƏR
-
İkinci Liqa, XXI tur: Oyun cədvəli
İkinci Liqada XXI turun oyunları fevralın 10-da Bakı İdman Sarayında keçiriləcək.
-
U-19 (futzal) yoldaşlıq oyunları keçirəcək
Avropa çempionatının əsas mərhələsinə hazırlaşan 19 yaşadək futzalçılarda ibarət Azərbaycan yığması fevralın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı, toplanış çərçivəsində fevralın 19-da və 21-də, saat 18:00-da, Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hazırlıq prosesinə dəvət olunmuş futzalçıların siyahısını diqqətinizə çatdırırıq:
-
YL: Neftçi - Yasamal İSK (fotoreportaj)
-
Birinci Liqa, XVII tur: Oyun cədvəli
Birinci Liqada XVII turun oyunları fevralın 8-də və 9-da keçiriləcək. Bakı İdman Sarayında keçiriləcək oyunların başlama saatını diqqətinizə çatdırırıq:
-
Yüksək Liqa, XVII tur: Oyun cədvəli
Yüksək Liqada XVII turun oyun cədvəli açıqlanıb. Matçlar Bakı İdman Sarayında keçiriləcək:
-
YL: Araz - Xəzər Cənub (fotoreportaj)
-
Son oyun keçirilməyib
Yüksək Liqanın XVI turunun son oyunu baş tutmayıb. Buna səbəb “Yasamal” MFK-nın oyuna gəlməməsidi. Qarşılaşmanın nəticəsi ilə bağlı İntizam Komitəsi qərar verəcək.
-
“Araz” 19 saniyə dözə bilmədi
Bu gün Yüksək Liqada XVI turun oyunları keçirildi. Tura “Araz” – “Xəzər Cənub” qarşılaşması ilə start verildi. Oyun kifayət qədər maraqlı və gərgin keçdi. 53-cü saniyədə hesabı açan “Araz” sonrakı dəqiqələrdə hesabda geri düşsə də, fasiləyə saniyələr qalmış status-kvonu bərpa etdi. İkinci hissədə son çempion rəqib torunu silkələsə də qələbəni final fitinə 19 saniyə qalmış əldən verdi. İkinci oyunda “Neftçi” aşkar favorit hesab edilsə də, xeyli əziyyət çəkdi. Hacıbala Abdullazadənin yetirmələri fasiləyə qədər rəqib torunu cəmi bir dəfə silkələdi. Halbuki, autsayder də qol vurmaq imkanı əldə etmişdi. İkinci hissədə komandalar hərəyə iki top vursa da, “Neftçi” qələbə hesabını qorudu.