XƏBƏRLƏR
-
CBC Sport hansı oyunu yayımlayacaq?
Xəbər verdiyimiz kimi, Yüksək Liqada XVI turun oyunları fevralın 4-də keçiriləcək. CBC Sport televiziya kanalı turun mərkəzi qarşılaşmasını – “Araz” – “Xəzər Cənub” – canlı yayımlayacaq. Saat 14:30-da başlayacaq görüş Bakı İdman Sarayında keçiriləcək.
-
Rəqiblər son oyunda müəyyənləşəcək
Xəbər verdiyimiz kimi, final mərhələsi 2020-ci ildə Litvada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə ilkin seçmə mərhələsinin oyunlarına start verilib. Bu mərhələnin H qrupunun qalibi, G qrupunun isə ikincisi millimizin rəqibi olacaq. Qruplarda artıq iki turun oyunları keçirilib.
-
İkinci Liqa, XX tur: Təyinatlar
İkinci Liqada fevralın 3-də Olimpik Starda keçiriləcək XX turun oyunlarına təyinatlar açıqlanıb:
-
“Transfer pəncərəsi” bu gün bağlanacaq
Futzal üzrə ölkə çempionatının bütün liqaları, eləcə də Azərbaycan kuboku üçün “transfer pəncərəsi” bu gün bağlanacaq. Klublar heyətlərinə cəlb etdikləri oyunçuları günün sonuna qədər qeydiyyatdan keçirməlidirlər. Əks təqdirdə, onların yeni klublarında çıxışına icazə verilməyəcək.
Qeyd edək ki, qış “transfer pəncərəsi” yanvarın 3-dən açıqdı.
-
Birinci Liqa, XVI tur: Təyinat
Olimpik Starda keçiriləcək XVI turun oyunlarına təyinatları diqqətinizə çatdırırıq:
-
Hakim təyinatında yenilik
Fevralın 1-dən etibarən Birinci və İkinci liqaların oyunlarına da üçüncü hakim təyinatı olacaq. Bununla bağlı AFFA-nın Hakimlər Komitəsi qərar qəbul edib. Belə ki, indiyə qədər ancaq Yüksək Liqanın və Azərbaycan kubokunun oyunlarına üçüncü hakim təyinatı edilirdi. Birinci və İkinci liqanın oyunlarına isə iki hakim təyinat alırdı.
-
Xəzər Cənub-Neftçi oyunundan CBC Sportun qeydləri (video)
-
Yüksək Liqa, XVI tur: Təyinatlar
Yüksək Liqada XVI turun oyunlarına təyinatlar açıqlanıb: