XƏBƏRLƏR
-
Statistika nə deyir?
UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan” ilkin mərhələdə “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Maraqlıdır ki, 2001-ci ildən bu turnirdə iştirak edən təmsilçilərimizdən heç biri Estoniya və Şimali İrlandiya klubları ilə qarşılaşmayıb. Əvəzində 2 dəfə İsveç çempionu ilə yollar kəsişib. Hər iki dueldə təmsilçimiz “Araz-Naxçıvan” olub. İlk görüş 2008-2009-cü il mövsümündə baş tutub. Böyükağa Hacıyevin rəhbərlik etdiyi komanda “Şkövde” ilə qarşılaşıb. Rəqibini meydana çıxmağa peşman edən təmsilçimiz böyükhesablı qələbəyə sevinib. Amma 2 il əvvəlki duel heç də yaxşı alınmayıb. “Örebro” ilə Bosniya və Herseqovinadakı matç skandinavların qələbəsi ilə yekunlaşıb.
-
Təmsilçimiz növbəti mərhələyə yüksələrsə...
UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda 5-ci qrupda yer alacaq.
-
“İşimiz çətin olacaq”
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb. Bu yarışda ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” 2024-2025-ci il mövsümünə İsveçdə start verəcək. Belə ki, H qrupunda yer alan “qırmızı-ağlar” meydan sahibi “Uddevalla” yanaşı “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) klubları ilə də üz-üzə gələcək. Oyunlar avqustun 20-dən 25-dək keçiriləcək. Rəqiblərlə bağlı “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlama verib:
-
“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında Çempionlar Liqasının yeni – 2024-2025-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Yarışda ölkəmizi təmsil edəcək son çempion “Araz-Naxçıvan” əvvəlcədən də xəbər verdiyimiz kimi, mübarizəyə ilkin mərhələdən başlayacaq və oyunlar avqustun 20-dən 25-dək reallaşdırılacaq. Təmsilçimiz Uddevalla (İsveç), Sillamae Silla (Estoniya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. H qrupunun oyunları İsveçdə keçiriləcək.
-
Səbətlər açıqlanıb
Xəbər verdiyimiz kimi, iyulun 4-də UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün püşkü atılacaq. Mərasim Bakı vaxtı ilə saat 16:00-da (Mərkəzi Avropa vaxtı ilə 14:00-da) UEFA-nın Nyon şəhərindəki iqamətgahında start götürəcək. Artıq iştirakçı klubların reytinq cədvəli və hansı mərhələdən yarışa qoşulacağı açıqlanıb. Çempionatda 52 federasiyanı təmsil edən 56 klub yarışacaq. Bu turnirdə ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” reytinq cədvəlinin 25-ci pilləsində yer aldğına görə, yeni mövsümə də ilkin mərhələdən başlayacaq.
-
FİFA ilk reytinq cədvəlini açıqlayıb
FİFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb.
-
Bu gün Milli Qurtuluş Günüdür
-
Rəqiblərimizlə görüşlərin statistikası
Xəbər verdiyimiz kimi, mayın 30-da AVRO-2026-nın püşkü atıldı. Milli komandamız seçmə mərhələdə Xorvatiya, İsveç və Yunanıstanla üz-üzə gələcək. Bəs bu komandalarla indiyə qədər Avropa və dünya çempionatlarının seçmə mərhələsində qarşılaşmışıqmı?
Statistika göstəriri ki, Xorvatiya yığması komandamız üçün arzuolunmaz rəqiblərdəndir. Bu komanda ilə indiyə qədər 5 rəsmi oyunda üz-üzə gəlmişik. Cəmi bir matçda – DÇ-2016-nın seçmə mərhələsində 4:4 hesablı heç-heçəyə nail olmuşuq. Qalan matçlarda rəqib qələbə qazanıb. Yunanıstanla da 5 dəfə görüşmüşük və bütün duellərdən qalib ayrılmışıq. İsveçlə isə DÇ-2016-nın seçmə oyununda üz-üzə gəlmişik. Xorvatiyada keçirilən oyunda komandamız böyükhesablı qələbə qazanıb. Rəqiblərimizlə keçirilən matçların nəticələrini diqqətinizə çatdırırıq: