Bu gün Yüksək Liqada birinci dövrənin sonuncu - V turun oyunları keçiriləcək. Günün iki matçı həm də turun mərkəzi görüşü olacaq. Turnir cədvəlinin ilk iki pilləsində yer alan və eyni xala malik olan "Neftçi" İK və "Baku Fire" vahid lideri müəyyənləşdirməyə çalışacaq.
V tur
U-19 - Araz Naxçıvan
30 noyabr. Olimpik Star. Saat 13:00
Hakimlər: Rza Məmmədov, Hidayət Feyzullayev, İmran Məhərrəmov
Hakim-inspektor: Füzuli Nəcəfov
Neftçi İK İB - Baku Fire
30 noyabr. Olimpik Star. Saat 15:00
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Anar Fərəcov
Hakim-inspektor: Azad Hüseynov
Yasamal Bakı – Şuşa
30 noyabr. Olimpik Star. Saat 17:00
Hakimlər: Elgün Hüseynov, Vüsal Balaşov, Hidayət Feyzullayev
Hakim-inspektor: Əfqan Həmzəyev