...

İntizam Komitəsinin qərarları


 23.11.2024-cü il tarixində futzal üzrə Yüksək liqanın 4-cü turu çərçivəsində keçirilən Araz-Naxçıvan – Neftçi İK İB oyununda, Araz-Naxçıvan komandasının oyunçusu Giovanny Da Silva Valerio oyunun 33-cü dəqiqəsində, qeyri-idman hərəkətinə görə (Ətraflı səbəb: Perspektivli hücumun qarşını almaq və ya mane olmaq üçün topa əl ilə toxunmaq)bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
24.11.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 3-cü turu çərçivəsində keçirilən Dəstə Ordubad – Çarşı Bakı oyununda, Dəstə Ordubad komandasının oyunçusu Ceyhun Mürşüdlü oyunun 13-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
24.11.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 3-cü turu çərçivəsində keçirilən Delta FC – Xan Lənkəran oyununda, Delta FC komandasının oyunçusu Fuad Bədəlov oyunun 17-ci dəqiqəsində Rəqib komandanın qolunun və ya aşkar qol imkanının əl ilə qarşısının alınması səbəbindən,bir başa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.