AZƏRBAYCAN KUBOKU
-
İki oyun təxirə salınıb
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində müvafiq olaraq martın 12-də keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Badamlı” və “Nəqşicahan” – “Baku Fans” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Oyunların keçirilmə tarixi barədə saytda əlavə məlumat yerləşdiriləcək.
-
Azərbaycan kuboku, 1/8 final: İlk oyunlara təyinatlar
Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb. Görüşlər martın 11-də və 12-də “Olimpik Star”da keçiriləcək.
-
Azərbaycan kuboku, 1/8 final: İlk oyunların cədvəli
Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb. Görüşlər martın 11-də və 12-də “Olimpik Star”da keçiriləcək.
-
“Baker Tilly” 1/8 finalda
-
Azərbaycan kuboku, 1/16 final, Cavab oyunları (fotoreportaj-4)
-
Azərbaycan kuboku, 1/16 final, Cavab oyunları (fotoreportaj-3)
-
NTD-yə 4 saniyə şoku
Bu gün “Olimpik Star”da keçirilən 6 oyunla Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunlarına yekun vuruldu. “Standard” bu dəfə minimalhesablı qələbəyə sevindi. “Badamlı” – “Forza Neftçi” oyunu isə gərgin keçdi. “Forza” görüşün əvvəlində müqavimət göstərsə də, İrandan dəvət olunmuş legionerlərlə güclənmiş Naxçıvan təmsilçisi üstünlüyünü sona qədər qorudu. Elə növbəti matçda da mərhələni Bakıya təşrif buyurmuş qonaqlar qazandı. “Bakı” ilə 1:1 hesablı duelin revanşında “Nəqşicahan” qələbəni aktivinə yazdırdı və “Baku Fans”ın rəqibi oldu. NTD – EKOL duelinin ilk matçında qeydə alınan nəticə nə qədər gözlənilməz olsa da, kubokun son sahibi titulunu itirməklə barışmaq fikrində deyildi. Bunun üçün 5 top fərqli qələbə qazanmaq gərəkirdi ki, 18-ci dəqiqədə EKOL rəqibindən 3 top çox vurmuşdu. Üstəlik, Yüksək Liqa təmsilçisi dördücü qolu bir nəfər azlıq qalan zaman rəqib qapısından keçirdi. EKOL-a mübarizəni davam etdirmək hüququ verilən qol isə görüşün başa çatmasına 4 saniyə qalmış vuruldu. Fərid Atakişiyev görüşün qəhrəmanı oldu.
“Atletiko Baku” – “Yasamal” İSK ilk oyunda məhsuldar heç-heçə etdiyindən, cavab oyununa maraq az deyildi. Elə qollarda qarşılıqlı sıralama şəklində vurulurdu. Tədricən üstünlüyünü artıran “Atletiko Baku” qalib gəldi. Son qarşılaşmada isə “Avdokat” rəqibindən güclü oldu. “Vəkillər” böyükhesablı qələbə sayəsində Yüksək Liqanın ortabablarından “Baku Fire”i mübarizədən kənarlaşdırdılar.
-
Azərbaycan kuboku, 1/16 final, cavab oyunları (fotoreportaj-2)