UEFA ÇEMPİONLAR LİQASI
-
Uraqan - Araz - Naxçıvan: Start heyətlər
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək "Uraqan"la "Araz-Naxçıvan"ın start heyətlərini diqqətinizə çatdırırıq:
-
Oyun CBC Sportla yayımlanacaq
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Uraqan” (Ukrayna) – “Araz-Naxçıvan” (Azərbaycan) oyunu CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
-
"Araz-Naxçıvan"ın məşqi. Ukrayna (fotoreportaj)
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində sabah "Uraqan" (Ukrayna) ilə qarşılaşacaq "Araz-Naxçıvan" bu gün son məşqinə çıxıb. Matçın keçiriləcəyi İvano-Frankivski şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında 1 saata qədər davam edən hazırlıq prosesindən fotoreportajı diqqətinizə çatdırırıq:
-
72-ci oyunun astanasında
Ölkə çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Təmsilçimiz Ukraynada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli ölkə çempionu “Uraqan”la yanaşı, Rumıniyanın “Yunayted Qalati” və Kosovonun “Liqeni” komandası ilə üz-üzə gələcək.
Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. İndiyə qədər “Araz-Naxçıvan” bu turnirdə 71 oyun keçirib. 2005-ci ildə debüt edən təmsilçimiz iki dəfə “Dördlər finalı”na vəsiqə qazanıb və hər iki cəhddə bürünc medal qazanıb. Yeri gəlmişkən, çempionumuzun ikinci dəfə iştirakçısı olduğu “Dördlər finalı” 2014-cü ilədə Bakıda təşkil olunub. Onu da qeyd edək ki, 71 oyunun birində “Araz-Naxçıvan”a texniki məğlubiyyət verilib. Halbuki həmin qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu matçların 36-da “Araz-Naxçıvan” qələbə qazanıb, 9 görüşdə isə xallar yarı bölünüb. 26 oyunda meydanı xalsız tərk edən ölkə çempionu 279 qol vurub, 221 dəfə topu qapısından çıxarıb. “Araz-Naxçıvan”ı 3 oyuna Hacıbala Abdullazadə, sonrakı 6 matça isə Arkadi Belıy çıxarıb. Məmmədqulu Zeynalovun rəhbərliyi altında 3 beynəlxalq oyun keçirən təmsilçimiz Böyükağa Hacıyevlə 6 qarşılaşmada gücünü sınayıb. Tino Perez komandamızı 3, Milton Luiz Ziller Junior isə 6 görüşə çıxarıb. “Araz-Naxçıvan” ən çox meydana isə Alesionun rəhbərliyi altında çıxıb – 44 oyun.
UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır.
-
Kapitan səfərə aparılmayacaq
-
Qrup oyunlarını idarə edəcək hakimlər
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Josip Barton (Şimali Makedoniya), Joze Kristiano Kardoso Santos (Portuqaliya), Trayan Ençev (Bolqarıstan), Dejan Veseliç (Sloveniya) oyunlatrda ədaləti təmsil edəcəklər. Stefan Kammerer (Almaniya) oyunun UEFA nümayəndəsi, Patrik Villemark (Belçika) isə hakim-inspektor olacaq.
-
UÇL: “Araz-Naxçıvan”ın oyunlarının təqvimi
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarının təqvimi açıqlanıb. Bu qrupun oyunların oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək.
-
“Araz-Naxçıvan” 6-cı qrupda
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Bu turnirdəki təmsilçimiz “Araz-Naxçıvan” 6-cı qrupunda yer alıb. Ölkə çempionu elit-raunda yüksəlmək üçün Uraqan İvano – Frankivsk (Ukrayna), Liqeni (Kosovo) və United Qalati (Rumıniya) komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 26-31 oktyabr tarixlərində Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.