UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan”ın əsas mərhələdəki sonuncu rəqibi də müəyyənləşib.
İlkin mərhələnin D qrupunda keçirilən “Minerva” (İsveçrə) – “Loznika Qrad” (Serbiya) matçında qələbə qazanan nominal qonaqlar maksimum xalla birinci yeri tutub və növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Beləliklə 25-30 oktyabr tarixlərində keçiriləcək əsas mərhələnin 5-ci qrupunda “Araz-Naxçıvan” “Mostar” (Bosniya və Herseqovina), “Orebro” (İsveç) və “Loznika Qrad” (Serbiya) komandaları ilə qarşılaşacaq. Oyunlar Bosniya və Herseqovinada keçiriləcək.