MÜSAHİBƏ
-
“Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram”
Çexiya yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisi hazırlığını Zlin şəhərində davam etdirir. Dünən ilk məşqinə çıxan komandamız bu gün oyunöncəsi son çalışmasını yerinə yetirəcək. Komandanın üzvü Oktay Rüstəmli oyunlara hazırlığı haqda azfutzal.az-a açıqlama verib:
-
“Tapşırıq aydındır”
UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” avqustun 21-də “Sparta Belfast”, ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Təmsilçimizin düşərgəsindəki vəziyyətlə tanış olmaq üçün baş məşqçi Vitali Borisovla söhbətləşdik.
-
Millinin daha bir üzvü “Araz-Naxçıvan”a keçdi
-
"Hər şey özümüzdən asılıdır"
Xəbər verdiyimiz kimi, bu gün AVRO-2026-nın final mərhələsinin püşkü atılıb. Komandamız həlledici mərhələyə yüksəlmək üçün Xorvatiya, İsveç və Yunanıstan yığmaları ilə qarşılaşacaq. Millimizin baş məşqçisi Vitali Borisov azfutzal.az-a püşkü dəyərləndirib:
-
Kubok öncəsi kapitanlardan iddialı açıqlama
Sabah keçiriləcək Azərbaycan kubokunun final matçı ilə futzal üzrə 2023-2024-cü il mövsümünə yekun vurulacaq. Həlledici oyunda son çempion “Araz-Naxçıvan”la kubokun ötənilki qalibi, cari çempionatı ikinci pillədə başa vuran “Baku Fire” üz-üzə gələcək. Yeri gəlmişkən, “Baku Fire” ölkə kubokunu ilk dəfə 2023-cü ildə başı üzərinə qaldırıbsa, yarışın 5 qat qalibi “Araz-Naxçıvan” bu sevinci sönuncu dəfə 2008-09-cü il mövsümünün yekununda yaşayıb. Yüksək Liqanın qızıl və gümüş medalçıları bu dəfə ölkə kubokunun final matçında medalların əyyarını necə müəyyənləşdirəcəklər? Bu dəfə qızıl medalları hansı komanda üzvləri boyunlarından asacaq, kuboku başı üzərinə qaldıracaq?
-
“Bir futzalçı ilə danışıq aparırıq”
Qış fasiləsinə qədər keçirdiyi 10 oyundan 7-də qələbə qazanan və 2 matçda xalları yarı bölən “Neftçi” İK lider “Araz-Naxçıvan”ı məğlub edən hələlik yeganə komandadır. Paytaxt komandası yeganə yenilgini də liderdən I dövrədə alıb. 23 xalla fasiləyə ikinci pillədə yollanan “Neftçi” İK-nı zirvədən cəmi 2 xal ayırır. Bəs komanda qış fasiləsindən necə yararlanacaq? Heyətə yeni oyunçular dəvət olunacaqmı? Suallarımıza komandanın məşqçisi İlkin Hacıyev aydınlıq gətirdi:
-
“Bu göstəricini tədricən artıracağıq”
Yüksək Liqada yaranan fasilə ilə əlaqədar əksər komandalar istirahətə yollansa da, “Baku Fire” məşqlərini əvvəlki qaydada davam etdirir. Əsas rəqibləri ilə müqayisədə bir oyun az keçirən və qış fasiləsinə lider “Araz-Naxçıvan”dan 7, ikinci pillədə yer alan “Neftçi” İK-dan 5 xal geridə yollanan ölkə kubokunun son qalibi bu fərqi aradan qaldırmaq niyyətindədir. Bəs onlar yaranmış iki aya yaxın fasilədən və transfer pəncərəsindən necə faydalanmaq niyyətindədirlər? Sualımıza baş məşqçi Teymur Eyvazov detallı şəkildə aydınlıq gətirməsə də, ümumi şəkildə cavablandırmaqla kifayətləndi:
-
“Şanslarımız az da olsa, davam edir”
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rümıniya ilə qarşılaşan və oyunun əksər hissəsində hesabda üstün olan millimiz yekunda 5:5 hesablı heç-heçə ilə barışıb. Komandamız qrupda son oyununu dekabrın 20-də səfərdə Niderlanda qarşı keçirəcək. Həm Rumıniya ilə görüş, həm də qarşıdakı matçla bağlı millimizin qolkiperi Rövşən Hüseynli azfutzal.az-a açıqlama verib: