Ötən mövsüm “Neftçi” İK-nın heyətində çıxış edən Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib. 25 yaşlı futzalçı yeni mövsümdə ölkə çempionunun uğurları üçün tər tökəcək. Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Ü. Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək. Onu da qeyd edək ki, futzalçı Azərbaycan millisinə məhz Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.