AVROPA ÇEMPİONATI
-
Üçüncü qrupda bir oyun keçirilib
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimizin yer aldığı üçüncü qrupda bir oyun keçirilib. Slovakiya yığması səfərdə Yunanıstan futzalçılarının qonağı olub. Oyun qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
-
Millinin Kişinyovda ilk məşqi (fotoreportaj)
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu səfərdə Moldova yığmasına qarşı keçirəcək Azərbaycan millisi martın 6-da Bakı-İstanbul-Kişinyov reysi ilə Kişinyova yollanıb. Dünən axşam saatlarında Moldovanın paytaxtına çatan və Bristol Hoteldə məskunlaşan komandamız bu gün oyunun keçiriləcəyi Çoreskudakı "Futzal Arena"da ilk məşqini reallaşdırıb. Məşq prosesindən hazırladığımız fotoreportajı diqqətinizə çatdırırq:
-
Moldova – Azərbaycan: Hakimlər
-
Slovakiya millisi ikinci pilləyə yüksəlib
Bu gün millimizin yer aldığı 3-cü qrupda daha bir oyun keçirilib. Doğma meydanda Yunanıstan yığması ilə qarşılaşan Slovakiya millisi böyükhesablı qələbə qazanıb – 6:0.
-
Azərbaycan - Moldova 5:1: Fotoreportaj
-
Azərbaycan – Moldova: Məşqçi fikirləri
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Moldova oyunundan sonra hər iki baş məşqçi açıqlama verib:
-
Ardıcıl üçüncü qələbə
Bu rəqiblə son duelimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində olmuşdu. 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş həmin qarşılaşmada millimiz qələbə qazanmışdı - 3:1. Həmin oyunda qolların ikisini Bolinha, digərini isə Vassoura vurmuşdu. Rəqib heyətində də fərqlənən futzalçı bu gün meydandakı yerini almışdı. Söhbət Andrian Laşkudan gedir. Bu dəfə isə fərqli reqlament əsasında keçirilən Avropa çempionatının seçmə qrup oyununa prinsipiallığı artıran həm də komandaların turnir cədvəlinin qonşu pillələrində yer alması idi. Millimizlə bərabər, Slovakiya qrupun iddialı komandası hesab edilsə də, fevralda keçirilmiş matçda heç-heçə edən Moldova proqnozları alt-üst etdi. Nəticədə bu görüşdən əvvəl 6 xalla zirvədə yer alan Azərbaycan millisini 4 xalı olan Moldova yığması izləyirdi. Eyni zamanda, Moldova ilə həm Bakıdakı, həm də Kişinyovdakı oyunda qazanılacaq qələbə futzalçılarımızın finala yüksəlmək baxımından işini xeyli rahatlaşdıracaqdı.
Heyətlərə gəldikdə, bir neçə gün əvvəl məşqdə zədələnən Emin Kürdovun yoxluğunu Cavad Məmmədov doldurmuşdu. Millimizin baş məşqçisi Alesio “dörd”lüyü ölkə xaricində çıxış edən futzalçılardan qurmuşdu. Müdafiədə Qalo və Edu, irəlidə isə Rafael və Vassoura yer almışdı. Qapının dəyişməz keşikçisi isə yenə Rövşən Hüseynli idi.
Oyunda “çərçivə” istiqamətinə ilk zərbəni Vilela endirsə də, rəqibin cavabı daha təhlükəli alındı. Burdujelin ötürməsi zamanı Qalonun istiqamətini dəyişdiyi top daha sonra dirəyə dəydi. Yerdə uzanıqlı olan Rövşən ona sahib çıxmaqla təhlükəni sovuşdurdu. 4-cü dəqiqədə Vilelanın hesabı açmasına qapıçı imkan vermədi. Edunun cəhdində isə cüzi dəqiqlik çatmadı. Oyunada üstünlüyü tamamilə ələ alan və rəqib müdafiəsini uzaqdan yarmağa çalışan millimizdən Hadi dirəyi nişan aldı. Elə Fineonun da 14-15 metrlik məsafədən “ev tapşırığı”nı yerinə yetirməsi qapı dirəyini silkələməklə yadda qaldı. Bununla belə, istəyinə 7-ci dəqiqədə çatdı. O, bir futzalçını aldadıb bu dəfə “çərçivə”ni dəqiq nişan aldı. 8-ci dəqiqədə müdafiədə anlaşılmazlıq az qala hesabın bərabərləşdirilməsinə şərait yaratdı. Üç dəqiqə sonra Qalo təhlükəli zərbə ilə rəqibi həyəcanlandırdı. Hesabı isə kapitan dəyişdi. Hadidən əla ötürmə alan və qapıçı ilə übəüz qalan Rizvan toru silkələməklə komandamızın üstünlüyünü iki topa çatdırdı. Bir dəqiqə sonra Fineo-Bolinha-Hadi paslaşmasını sonuncu lazımi ünvana çatdırmaqla tablodakı rəqəmi də dəyişdi. Birinci hissənin başa çatmasına 3 dəqiqə qalmış Andrey Neqara fərqi azaltmağa yaxın oldu, ancaq Rövşən topu kornerə çıxardı. Vilelanın buna qarşılıq verdiyi epizod zamanı isə bu dəfə rəqib qolkiper inamlı oynadı.
Alesio ikinci hissəyə də eyni “dörd”lüklə başladı. 24-cu dəqiqədə Laşkunun zərbəsi bir qədər gözlənilməz oldu. Əvəzində Hadi Bolinhanı qapıçı ilə duelə göndərsə də, hücumçumuz fərqi artıra bilmədi. Cüzi arxayınlaşma fərqin azaldılmasına şərait yaratdı. Sergey Takot adını tabloya yazdırdı. Bolinha bir dəqiqə sonra bunun cavabını verdi və rəqibi meydanın mərkəzinə dəvət etdi. Xətai 30-cu dəqiqədə endirdiyi zərbə ilə komanda yoldaşlarının qaldığını qazandı. Bağırov bir neçə saniyə sonra qapıçını keçib itibucaq altında zərbə vursa da, top dirəyin yanından keçdi. Matçın başa çatmasına 1 saniyə qalmış isə Bolinha dubl etməklə hesabı müəyyənləşdirdi.
Bununla da millimiz ardıcıl üçüncü qələbəsini qazandığı oyunda Moldova ilk məğlubiyyəti ilə barışdı.
-
Azərbaycan – Moldova: Heyətlər
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Moldova oyunu üçün komandaların heyəti açıqlanıb: