İndiyə qədər Avropa çempionatı 11 dəfə təşkil olunub. Düzdür, 1996-cı ildə keçirilən ilk qitə birinciliyi Avropa Futzal Turniri adlandırılıb. Çempion statusu növbəti – 1999-cu ildə təşkil edilən yarışa verilib. Bununla belə, indiyə qədər 11 final matçı keçirilib. Ən çox İspaniya millisi çempionluq sevinci yaşayıb. Bu komanda 7 dəfə kuboku başı üzərinə qaldırıb. İtaliya millisi isə 2 dəfə qitənin ən güclüsü olub. Rusiya və Portuqaliya hərəyə bir dəfə adını Avropanın ən güclüsü siyahısına yazdırıb. Maraqlıdır ki, Rusiya millisi 5 dəfə finalda yenilib. Ukrayna yığması isə 2 dəfə çempionluğun bir addımlığında dayanıb. İtaliya və Portuqaliya da hərəyə bir dəfə yenilgini dadıb. Maraqlı məqam odur ki, ən çox final həyəcanını İspaniya yaşayıb. Yeddi dəfə qalib gələn bu komanda iki dəfə meydanı gümüş medalla tərk edib.
AÇ-1996
İspaniya – Rusiya 5:3 Kordoba, İspaniya
AÇ-1999
Rusiya – İspaniya 3:3 pen. 4:3 Qranada, İspaniya
AÇ-2001
İspaniya – Ukrayna 2:1 (qızıl qol) Moskva, Rusiya
AÇ – 2003
İtaliya – Ukrayna 1:0 Kaserta, İtaliya
AÇ-2005
İspaniya – Rusiya 2:1 Ostrava, Çexiya
AÇ-2007
İspaniya – İtaliya 3:1 Porto Portuqaliya
AÇ-2010
İspaniya – Portuqaliya 4:2 Debrecen, Macarıstan
AÇ-2012
İspaniya – Rusiya 3:1 (əlavə vaxt) Zaqreb, Xorvatiya
AÇ-2014
İtaliya – Rusiya 3:1 Antverpen, Belçika
AÇ-2016
İspaniya – Rusiya 7:3 Belqrad, Serbiya
AÇ-2018
Portuqaliya – İspaniya 3:2 (əlavə vaxt) Lyublyana, Sloveniya