AFF
-
Təxirəsalınma müddəti iki həftə uzadılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. Bunu nəzərə alan Azərbaycan Futzal Federasiyası Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun oyunlarının təxirə salınması müddətini mayin 4-dək uzadıb. Oyunların başlanma tarixi barədə saytımızda əlavə məlumat yerləşdiriləcək.
-
AFF başsağlığı verir
Azərbaycan Futzal Federasiyasının rəhbərliyi ölkə futzal ictimaiyyəti adından federasiyanın İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
-
Təxirəsalınma müddəti uzadılıb
Azərbaycan Futzal Federasiyasının təşkilatçılığı ilə keçirilən Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun oyunlarının təxirə salınması müddəti aprelin 20-dək uzadılıb. Oyunların başlanma tarixi barədə saytımızda əlavə məlumat yerləşdiriləcək.
-
Novruz bayramınız mübarək!
-
Liqalarda oyunlar təxirə salındı
Koronavirus pandemiyasının dünyada geniş yayılmasınını, ölkəmizdə virusa qarşı aparılan mübarizəni, həmçinin idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını nəzərə alan Azərbaycan Futzal Federasiyasının rəhbərliyinin qərarı ilə martın 14-dən ayın sonuna qədər futzal liqalarında, eləcə də ölkə kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməsi nəzərdə tutulan bütün oyunları təxirə salınıb.
-
Oyunlar azarkeşsiz keçiriləcək
-
İki oyun təxirə salınıb
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində müvafiq olaraq martın 12-də keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Badamlı” və “Nəqşicahan” – “Baku Fans” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Oyunların keçirilmə tarixi barədə saytda əlavə məlumat yerləşdiriləcək.
-
"Xocalıda can qaldı"….
Bu gün futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva, millinin qapıçısı Rövşən Hüseynli, ümumittifaq dərəcəli futbol hakimi Rüstəm Rəhimov Azərbaycan İstiqlal muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalıda can qaldı" adlı sərgi ilə tanış olublar.