Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da, saat 18:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib. Qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcək. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq.