...

KİV nümayəndələrinin nəzərinə


Xəbər verdiyimiz kimi, futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 4-də, Bakı İdman Sarayında Azərbaycan – Moldova oyunu keçiriləcək. COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüş azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacaq.