AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
A MİLLİ
Millinin oyunlarının təqvimi
DÇ-2028-in əsas mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandasının yer aldığı XII qrupun oyunlarının təqvimi açıqlanıb.
Statistika nə deyir?
Xəbər verdiyimiz kimi, final mərhələsi 2028-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin püşkü atılıb. Püşk millimizi Çexiya və Latviya ilə rəqib edib. Bəs bu komandalarla indiyə qədər keçirdiyimiz oyunların nəticələri necə olub? Millimiz Avropa və dünya çempionatının seçmə və final mərhələlərində bu rəqiblərlə qarşılaşıb. Komandamız Çexiya ilə daha çox – 6-sə rəsmi olmaqla 8 matçda üz-üzə gəlib. İlk duel 31 il əvvəl baş tutub. Həmin vaxt qitəmiqyaslı yarışlara yeni ayaq açan yığmamız böyük hesabla uduzmuşdu. Ümumiyyətlə, Çexiya ilə rəsmi matçların 2-də millimiz, 4-də isə rəqib qələbə qazanıb. Onlarla son qarşılaşmalarımız yoldaşlıq matçları çərçivəsində olub. İki il əvvəl Zlin şəhərində baş tutan görüşlərdə çexlər qələbə qazanmışdı. Latviyaya gəldikdə, onlarla bir dəfə rəsmi, iki dəfə isə yoldaşlıq oyununda rəqib olmuşuq. Rəsmi görüş 28 il əvvəl olub və futzal üçün qeyri-adi hesab ediləcək nəticə qeydə alınıb. Belə ki, qapılara qol vurulmayıb. Yoldaşlıq oyunları isə 2019-cu ildə Liepaya şəhərində keçirilib. İlk qarşılaşmada qələbəni komandamız qazanıb. Ertəsi gün baş tutan matda isə heç-heçə qeydə alınıb.
Millinin Aktauya gedəcək heyəti
Aprelin 13-də və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün gecə saatlarında səfərə çıxacaq. Baş məşqçi dəniz qonşumuzla matça 2-si qapıçı olmaqla ümumilikdə 16 futzalçı aparacaq. Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.
Gürcüstan – Azərbaycan: Heyətlər
Bu gün saat 18:00-da keçiriləcək Gürcüstan - Azərbaycan oyunu üçün komandaların heyəti:
Millinin Tbilisi Arenada məşqindən fotolar
Bu gün saat 18:00-da Gürcüstanla yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisi Tbilisidə ilk məşqinə çıxıb.
Bu gün saat 18:00: Gürcüstan – Azərbaycan
Azərbaycan millisi bu gün Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Matç Tbilisi Arenada saat 18:00-da start götürəcək.
“..Meydanda görəcəyimiz işlər maraqlıdır”
Xəbər verdiyimiz kimi, aprel ayında 4 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir. Komandamız dünən də günü 2 məşqlə yekunlaşdırdı. Bu gün axşam saatlarında zala çıxacaq futzalçılarımız sabah – aprelin 8-də Bakı-Tbilisi reysi ilə Gürcüstana yola düşəcək.
Millinin məşqləri başlayıb (fotoreportaj)
Xəbər verdiyimiz kimi, Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb. Yığma üzvləri səhər və axşam olmaqla günü iki məşqlə başa vurub.
1
2
3
4
5
6
›
SONUNCU