Xəbər verdiyimiz kimi, Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb. Yığma üzvləri səhər və axşam olmaqla günü iki məşqlə başa vurub.
Komandamız aprelin 7-dək hazırlığını Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.
Qeyd edək ki, millimiz aprelin 8-də Tbilisiyə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.