U-19
-
U-19 mübarizəyə əsas mərhələdən başlayacaq
Xəbər verdiyimiz kimi, final mərhələsi gələn il İspaniyada təşkil olunacaq 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının püşkatma mərasimi avqustun 30-da, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək. Sayca ikinci dəfə keçiriləcək qitə birinciliyində millimiz yenə əsas mərhələdə mübarizə aparacaq. Ümumilikdə 34 komanda qalib adı uğrunda yarışacaq. Avropa çempionu və final mərhələsinə ev sahibliyi edəcək İspaniya ilkin və əsas mərhələdə iştirak etməyəcək. 33 komandadan 7-si – San Marino, Cəbəllütariq, Estoniya, Uels, Monteneqro, Şimali Makedoniya və Andorra ilkin mərhələdə çıxış edəcək. Bu komandalar birində 4, digərində 3 iştirakçı olmaqla iki qrupda yarışacaq. Ancaq qrup qalibləri əsas mərhələdə gözləyən 26 iştirakçıya qoşulacaq. Beləliklə, 28 komanda bu dəfə hər birində 4 yığma olmaqla 7 qrupa bölünəcək. Buradan isə ancaq qrup birinciləri həlledici mərhələyə yüksələcək. İspaniya ilə birlikdə 8 komanda final mərhələsində gücünü sınayacaq. İlkin mərhələnin oyunları bu il 2-7 noyabr, əsas mərhələnin qarşılaşmaları gələn il 15-20 mart, həlledici görüşlər isə 3-10 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.
-
Qitə birinciliyinin keçirilmə tarixi dəyişdirildi
COVİD-19 pandemiyasını nəzərə alan UEFA İcraiyyə Komitəsi bir sıra turnirlərin keçirilməsi ilə bağlı yeni qərarlar qəbul edib. Final mərhələsi gələn il keçirilməli olan 19 yaşadək futzalçılardan ibarət komandalar arasında sayca ikinci Avropa çempionatı 2021/22-ci ildə baş tutacaq.
Qeyd edək ki, ilk qitə birinciliyinin final mərhələsi ötən il Latviyada təşkil edilib və İspaniya qalib olub.
-
“Komanda şəklində hələ formalaşmamışıq”
Avropa çempionatının əsas mərhələsinin son oyununda Slovenya ilə qarşılaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ağatahir Əzimov azfutzal.az-a açıqlama verib:
-
U-19 mübarizəni dayandırıb
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib. Komandamız Sloveniya yığması ilə qarşılaşıb. Oyunda hesab 26-cı saniyədə açılıb. Rəqibin qoluna İqbal Pənahovla cavab vermək olardı. Di gəl kapitanın zərbəsindən sonra top dirəyin yanından meydanı tərk etdii. Sonrakı dəqiqələrdə üstünlüyünü artıran Sloveniya fasiləyə 5 cavabsı qol vuraraq yollanıb. İkinci hissədə də fərqi artıran təşkilatçı ölkə yekunda qələbə qazanıb.
Qrupun digər oyununda Hollandiya və Kipr komandaları qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən hollandlar qrup qalibi kimi final mərhələsinə vəsiqə qazanıb.
-
Azərbaycan – Sloveniya: Heyətlər
19 yaşadək futzalçılar arasında Avropa çempionatının əsas mərhələsinin Azərbaycan-Sloveniya oyunu üçün heyətlər açıqlanıb:
-
U-19-un oyununu izləmək üçün link
-
U-19 bu gün son oyununu keçirəcək
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində bu gün son oyununu keçirəcək. Komandamız Bakı vaxtı ilə saat 21:00-da Sloveniya yığması ilə qarşılaşacaq. Podçetrtek İdman Sarayında keçiriləcək oyunu Damian Jaruchievicz (Polşa), İvo Tsenov (Bolqarıstan) və Marko Rothenfluh (İsveçrə) idarə edəcək.
-
“Biz epizodlarımızdan istifadə edə bilmədik…”
Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ağatahir Əzimov Hollandiya ilə oyundan sonra azfutzal.az saytına açıqlama verib: