AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
U-19
Rəqibin heyəti açıqlanıb
AVRO-2023-ün əsas mərhələsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqiblərindən olacaq Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. Baş məşqçi İvo Krezo 17 futzalçıya dəvət göndərib ki, yekunda onlardan 12-ni seçəcək:
“Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”
“Əvvəlcə Ağatahir Əzimova Allahdan şəfa diləyirəm. Tez sağalsın, onu gözləyirik. Komanda üzərində əziyyəti böyükdür”. Bu sözləri Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına rəhbərlik edən, eləcə də komandanı rəsmi oyunlara çıxaracaq baş məşqçi İlqar Aslanov deyib.
U-19-un məşqi (fotoreportaj)
AÇ-2023-ün əsas mərhələsində iştirak edəcək U-19 hazırlığını Bakıda davam etdirir. Dünən Bakı İdman Sarayında keçirilən axşam məşqindən hazırladığımız fotoreportajı diqqətinizə çatdırırıq:
Ağatahir Əzimovu İlqar Aslanov əvəzləyəcək
Xəbər verdiyimiz kimi, Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir. Komandanın hazırlıq prosesinə U-17-nin baş məşqçisi İlqar Aslanov rəhbərlik edir. Buna səbəb U-19-un baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlərin yaranmasıdır. O, yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Komandanı AÇ-nin oyunlarına da İlqar Aslanov çıxaracaq.
KİV üçün açıq məşq
Avropa çrmpionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi martın 9-dan etibarən təlim-məşq toplanışını davam etdirir. Komanda gündə iki dəfə olmaqla Bakı İdman Sarayında hazırlıq keçir. Heyətdə zədəli oyunçu yoxdur. Bu gün saat 18:00-da başlayacaq məşq prosesini KİV nümayəndələri işıqlandıra bilər.
U-19-un təlim-məşq toplanışı olacaq
Avropa çempionatının əsas mərhələsində iştirak edəcək19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq. Martın 9-dan 15-dək keçiriləcək hazırlıq prosesinə dəvət olunmuş futzalçıların siyahısını diqqətinizə çatdırırıq:
Millinin iki oyununa təyinatlar
19 yaşadək futzalçılar arasında təşkil olunacaq AVRO-2023-ün əsas mərhələsi çərçivəsində Azərbaycan millisinin ilk iki oyununa təyinatlar açıqlanıb. Bu qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.
U-19-un yer aldığı qrupun oyun təqvimi
19 yaşadək futzalçılar arasında təşkil olunacaq AVRO-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb. Millimiz martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək. Ertəsi gün rəqibimiz Bosniya və Herseqovina futzalçıları olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək. Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.
BİRİNCİ
‹
5
6
7
8
9
10
11
12
13
14
15
›
SONUNCU