AVRO-2023-ün əsas mərhələsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqiblərindən olacaq Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. Baş məşqçi İvo Krezo 17 futzalçıya dəvət göndərib ki, yekunda onlardan 12-ni seçəcək:
Hrvoje Sabljiç (Herseqovina), Mihajlo Raduloviç (Doboj), Kerim Salihoviç (Sarayevo), Tarik Memiç (Mostar), Anel Spreço (Doboj), Alem Kadiç (Salines), Srdan Çatiç (Mostar), Matej Krezo (Seljak), Ahmed Kadiç (Salines), Miloş Todoriç (Salines), Abdul Hamidoviç (Sarayevo), Slaven Ristiç (Doboj), Omar Omeroviç (Sarayevo), Ognjen Markoviç (Radnik MD Shop), Mario Kolobariç (Herseqovina), Vedad Subaşiç (Mostar), Emin Çupina (Mostar).
Qedy edək ki, Bosniya və Herseqovina - Azərbaycan oyunu martın 23-də, saat 23:00-da keçiriləcək.