...

Hakimlərin təlim-məşq toplanışı keçiriləcək


İyulun 1-dən 3-dək Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində futzal və çimrəlik futbolu hakimlərinin təlim-məşq toplanışı keçiriləcək. Hakimlər Komitəsinin təqdim etdiyi toplanış proqramını diqqətinizə çatdırırıq:

Hakimlər Komitəsi

Sədr: Fritz Stuchlik

Üzv: Elçin Məmmədov

Fitnes məşqçiləri:

Namiq Quliyev

Rüstəm Rüstəmli

 

Geyim  forması: Nike idman kostyumları (bu geyim toplanış müddətində istifadə olunacaq). İstisna hal kimi hər hansı idman geyimi, lakin üzərində reklam və klub loqosu olmamalıdır.

 

İştirakçılar özləri ilə gətirməlidir:

- İdman geyimi (praktiki məşğələ üçün)

- Sarı və Qırmızı vərəqələr, fit

- "Oyun qaydaları" kitabı

- Qələm və qeydlər üçün dəftər

 

Diqqət yetirilməli qaydalar:

- Spirtli içkiyə qəti icazə verilmir

- Saat 22.30-dan sonra öz yataq otağınıza daxil olmalısınız

- Dərs otağına və yeməkxanaya mobil telefon ilə daxil olmaq qadağandır

- Əgər xəstəlik və ya zədə səbəbindən nəzəri və praktiki məşğələdə iştirak etmirsinizsə, bu barədə rəhbər şəxsləri məlumatlandırmaq və həkim ilə əlaqə saxlamaq lazımdır.

- Milli Komandaların Təlim-Məşq Mərkəzinin daxili qaydalara riayət etmək.

 

İştirak edəcək hakimlərin siyahısı:

Ağayev Elvin

Balaşov Vüsal

Əliyev İsgəndər

Əsgərov Azər

Fərəcov Anar

Həsənov Fuad

Heybətov Rahin

Hüseynov Azad

Mahmudov Mehman

Məhərrəmov Ramiz

Məlikov Kənan

Məmmədov Mahir

Musayev Elman

Musayev Vaqif

Namazov Ramil

Nəbiyeva Maya

Nəsirov Ziya

Qafarlı Hikmət

Quluzadə Elmir

Xasıyev Nahid

Nağıyev Nail

 

Seminarda iştirak edən müəllimlər

Səmədli Elçin

Məmmədov Murad

 

Seminarda iştirak edən təlimçilər

Nəcəfov Füzuli

Əsədov Ramiz

 

1 iyul 2019

Vaxt

Mövzu

Məkan

08.30–09:30

Səhər yeməyi

 

10:00–12:00

Oyun qaydaları. Nəzəri məşğələ (hər saatın sonunda 15 dəqiqə  fasilə)

İclas otağı

13:00–14:00

Nahar

 

15:00-16:30

Oyunlarda yaranan epizodların video analizi

(Hər saatın sonunda 15 dəqiqə fasilə)

İclas otağı

17:00–18:30

Məşq

Məşq meydançası, idman zalı və ya trenajor zalı

19:00-20:00

Axşam yeməyi

 

21:00:22:30

Diaqonal sisteminin tətbiqi metodikası

(Hər saatın sonunda 15 dəqiqə fasilə)

İclas otağı

 

 

2 iyul 2019

Vaxt

Mövzu

Məkan

08.30 – 09:30

Səhər yeməyi

 

10:00 – 12:00

Praktik məşğələ. Diaqonal sistemin tətbiqi

Məşq meydançası

13:00 – 14:00

Nahar

Məşq meydançası və ya məşq zalı

15:00 – 16:30

6 və 10 metrlik cərimə zərbələri Qırmızı vərəqələrin müzakirəsi.

(Hər saatın sonunda 15 dəqiqə fasilə)

İclas otağı

17:00 – 18:30

Məşq

Məşq meydançası, idman zalı və ya trenajor

19:00-20:00

Axşam yeməyi

 

21:00-22:30

Hakim tərəfdən protokolun doldurulma qaydası.

Oyunun əvvəlində,fasilədə və oyun bitənən sonra oyunçuların qovulması.

(Hər saatın sonunda 15 dəqiqə fasilə)

İclas otağı

 

3 iyul 2019

Vaxt

Mövzu

Məkan

08.30 – 09:30

Səhər yeməyi

 

11:00 – 12:00

FIFA fitness test 2x20 m. Sprint CODA

ARİET

Bakı İdman Sarayı

13:00 – 14:00

Nahar

Məşq meydançası və ya məşq zalı

17:00-18:30

Oyun qaydaları üzrə nəzəri imtahan

İclas otağı

19:00-20:00

Axşam yeməyi

 

21:00-22:30

Videotest

İclas otağı