Xəbər verdiyimiz kimi, iyulun 4-də Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Əvvəlcədən də bildirildiyi kimi, 4 ölkə - İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan hərəyə 2 təmsilçi ilə mübarizə aparacaq. Son qalib “Sportinq” də daxil olmaqla həmin 8 klub yüksək reytinqə malik olduqlarından, onlar əsas mərhələdən yarışa qoşulacaqlar.
İlkin mərhələ
İlkin mərhələnin oyunları avqustun 27-dən sentyabrın 1-dək keçiriləcək. Ümumilikdə cari mövsümdə iştirak edəcək 57 klubdan 34-ü ilkin mərhələdə iştirak edəcək. Komandalar 9 qrupa bölünəcəklər ki, onlardan 7-də 4, 2-də isə 3 iştirakçı yer alacaq. Ancaq qrup qalibləri əsas mərhələdə oynamaq hüququ qazanacaq.
A yolu
Əsas mərhələnin oyunların oktyabrın 8-dən 13-dək keçiriləcək. Burada komandalar A və B yoluna bölünəcəklər. Belə ki, son qalib “Sportinq”dən əlavə, reytinq cədvəlində ilk “11-lik”də yer alan komandalar, eləcədə 16-cı yerdən 19-a qədər olan 16 iştirakçı bu yolda yarışacaq. Bura “Kayrat”, “Barselona”, “Benfika” kimi keçmiş qaliblər, eləcə də 2008-ci ildə finalçı olmuş “Mursia”, 2010 və 2014-cü illərdə bürünc medal qazanmış “Araz” da daxildir.
Əvvəlcədən də müəyyənləşdirildiyi kimi, 4 klub qrup oyunlarına evsahibliyi edəcəklər ki, onların kimliyi artıq UEFA tərəfindən təsdiqlənib. Bu o deməkdir ki, həmin komandalar fərqli qruplarda yer alacaqlar.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna təmsilçiləri eyni qrupda yer almayacaq. Bu o deməkdir ki, “Xerson” (Ukrayna) Rusiyanın “Tümen” və KPRF klubları ilə bir qrupda olmayacaq.
A yolundakı qrupların hər birindən elit-raunda 3 komanda vəsiqə qazanacaq. Onu da qeyd edək ki, “Araz” Rusiyanın “Tümen” və KPRF, eləcə də Sloveniyanın “Dobovec” klubu ilə eyni qrupda yer almayacaq. Çünki onlar da “Araz” kimi yer alacaqların qrupun 3-cüsüdürlər.
B yolu
B yolunda isə reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində qərarlaşmış 7 klub, onlara ilkin mərhələnin qalibi kimi qoşulacaq 9 komanda mübarizə aparacaq. Burada da 16 komanda 4 qrupda yarışacaq. Əvvəlcədən evsahibliyi təsdiqlənmiş klublar fərqli qruplarda yer alacaqlar. Elit-raunda ancaq qrup qalibləri vəsiqə qazanacaqlar.
Eli-raund və “Dördlər finalı”
Elit- raundda 16 klub mübarizə aparacaq. İştirakçılar oktyabrın 18-də keçiriləcək püşklə 4 qrupa bölünəcəklər. Noyabrın 19-dan 24-dək keçiriləcək bu mərhələdə ancaq qrup qalibləri (cəmi 4 komanda) “Dördlər finalı”nda iştirak edəcək. Final mərhələsi isə 2020-ci ilin aprelində təşkil ediləcək.
İlkin mərhələ
Səbət 1 – evsahibləri
Hovocubo (Niderland) – qrupda 1-ci sıra
Omonia Nicosia (Kipr) – qrupda 2-ci sıra
Şkupi 1927 (Makedoniya) – qrupda 2-ci sıra
Varna Sity (Bolqarıstan) – qrupda 2-ci sıra
Sjarmtrollan İdrettslaq (Norveç) – qrupda 2-ci sıra
Allstars Wiener Neustadt (Avstriya) – qrupda 2-ci sıra
KMF Titograd (Monteneqro) – qrupda 3-cü sıra
AEK Futsal Club (Yunanıstan)* – qrupda 3-cü sıra
SMS Viimsi (Estoniya)* – qrupda 4-cü sıra
Səbət 2 – qrupda 4-cü sıra
Blue Magic FC Dublin (İrlandiya)
Encamp (Andorra)
Fiorentino (San Marino)*
Vængir Júpiters (İslandiya)*
Sparta Belfast (Şimali İrlandiya)*
PYF Saltires (Şotlandiya)
Səbət 3 – qrupda 3-cü sıra
Dinamo Kişinyov (Moldova)
Lynx FC (Cəbəllütariq)
Makkabi Nahalat Yitzhak Tel-Aviv (İsrail)
KF Tirana (Albaniya)
Racing Futsal Luxembourg (Lüksemburq)
Kardiff University (Uels)
Gazi Üniversitesi (Türkiyə)
Səbət 4 – qrupda 2-ci sıra
Futsal Minerva (İsveçrə)
Futsal Gentofte (Danimarka)
Toulon Elite (Fransa)*
London Helvecia (İngiltərə)
Səbət 5 – qrupda 1-cü sıra
Leo (Ermənistan)
Miercurea Ciuc (Rumıniya)*
Pinerola Brastislava (Slovakiya)
Lokomotiv Daugavpils (Latviya)*
Georgians (Gürcüstan)
Luxol St. Andrews (Malta)
TSV Weilimdorf (Almaniya)*
Kampuksen Dinamo (Finlandiya)
Əsas mərhələ
B yolu
Səbət 6 – evsahibləri
Stalitsa Minsk (Belarus) – qrupda 1-ci sıra
Novo Vrijeme Makarska (Xorvatiya) – qrupda 1-ci sıra
Sparta Praqa (Çexiya)* – qrupda 2-ci sıra
Uddevalla (İsveç) – qrupda 2-ci sıra
Səbət 7 – qrupda 4,3 və 2-ci sıra
İlkin mərhələdə qrup qalibləri
Səbət 8 – qrupda 2-ci sıra
Liburn (Kosovo)
Səbət 9 – qrupda 1-ci sıra
Pesaro (İtaliya)*
Record Bielsko-Biała (Polşa)
A yolu
Səbət 10 – evsahibləri
Halle Gooik (Belçika) – qrupda 2-ci sıra
Dobovec (Sloveniya) – qrupda 3-cü sıra
Berettyoujfalu (Macarıstan) – qrupda 4-cü sıra
Vytis (Litva) – qrupda 4-cü sıra
Səbət 11 – qrupda 4-cü sıra
Xerson (Ukrayna)
Mostar SG (Bosniya və Herseqovina)
Səbət 12 – qrupda 3-cü sıra
Tümen (Rusiya)*
KPRF (Rusiya)*
Araz Naxçivan (Azərbaycan)
Səbət 13 – qrupda 2-ci sıra
Murcia FS (İspaniya)
Ekonomac Kragujevac (Serbiya)
Ayat (Qazaxıstan)*
Səbət 14 – qrupda 1-ci sıra
Sportinq CP (Portuqaliya, holders)
Barselona (İspaniya)
Kayrat (Qazaxıstan)
Benfika (Portuqaliya)
Qeyd: Qarşısında ulduz olan komandalar yarışın debütantlarıdır.