Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.
Püşkün nəticəsinə əsasən, mübarizəyə əsas mərhələdən başlayacaq turnirdəki təmsilçimiz “Araz” “Benfika” (Portuqaliya), "Halle Gooik" (Belçika) və "Xerson" (Ukrayna) komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.
Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.
Yalnız qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq.
Qeyd edək ki, püşkatmanın səfiri Argentina millisinin sabiq üzvü Xavier Saviola olub. Futbol ulduzunun seçilməsi təsadüfi deyildi. O, 2018-ci ildən Andorranın “Encamp” klubunda çıxış edir və çempion olub. Saviola yeni mövsümdə komandası ilə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq.
A yolunda mübarizə aparacaq digər qrupların tərkibi belədir:
Qrup 1
Sportinq (Portuqaliya)
Ekonomac (Serbiya)
Doboveç (Sloveniya)
Mostar (Bosniya və Herseqovina)
Qrup 3
Barselona (İspaniya)
Ayat (Qazaxıstan)
Tümen (Rusiya)
Vytis (Litva)
Qrup 4
Kayrat (Qazaxıstan)
Mursiya (İspaniya)
KPRF (Rusiya)
Berettyoujfalu (Macarıstan)