Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Futzal üzrə Yüksək Liqada legioner futzalçılarla bağlı limitin tətbiq edilməsi
2. Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun 2019/20-ci il mövsümünün əsasnaməsinin təsdiqi
3. Yeni mövsüm üzrə liqaların təşkili;
4. “Transfer pəncərəsi”nin sentyabrın 19-u, saat 18:00-da bağlanması
5. Bütün liqaların oyunları Bakı İdman Sarayında və Olimpik Starda kecirilsin
6. U-19 (2002/03-cü il təvəllüdlü) milli komandanın yaradılması və Birinci Liqada iştirakı
7. 2019/20-ci il mövsümünün büdcəsinin təsdiqi
8. Digər məsələlər