...

İcraiyyə Komitəsinin iclası keçirilib


Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 

1. Futzal üzrə Yüksək Liqada legioner futzalçılarla bağlı limitin tətbiq edilməsi

  • Komandaların sifariş vərəqəsinə maksimum 7 (ümumi oyunçuların sayı 20), oyunun protokoluna isə maksimum 5 (ümumilikdə 14 oyunçu) legioner futzalçını daxil etməsi;
  • Oyun protokoluna 1 nəfər 2000-ci il təvəllüdlü futzalçının adının daxil edilməsi;

 

2. Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun 2019/20-ci il mövsümünün əsasnaməsinin təsdiqi

 

3. Yeni mövsüm üzrə liqaların təşkili;

  • Yüksək Liqaya sentyabrın 6-da;
  • Birinci Liqaya sentyabrın 6-da və 7-də;
  • İkinci Liqaya sentyabrın 8-də başlamaq;

 

4. “Transfer pəncərəsi”nin sentyabrın 19-u, saat 18:00-da bağlanması

 

5. Bütün liqaların oyunları Bakı İdman Sarayında və Olimpik Starda kecirilsin

 

6. U-19 (2002/03-cü il təvəllüdlü) milli komandanın yaradılması və Birinci Liqada iştirakı

 

7. 2019/20-ci il mövsümünün büdcəsinin təsdiqi

 

8. Digər məsələlər