Bakıda təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik edilib. İtaliyanın “Feldi Eboli” klubunun müraciəti əsasında Poletto Fabio Jose millinin toplanışından azad edilib. Qeyd edək ki, Azərbaycan millisi avqustun 26-da və 28-də müvafiq olaraq Minskdə və Borisovda Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.