Azərbaycan Futzal Federasiyasının rəhbərliyi milli komandanın keçmiş baş məşqçisi Milton Luis Ziller Juniorun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, "Professor" ləqəbli Milton 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Komandamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni ¼ finalda dayandırıb.