Bu gün Belarus yığması ilə keçirilmiş yoldaşlıq oyunundan sonra Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva azfutzal.az və affa.az-a açıqlama verib:
“Bu dəfə fərqli oyun gördük. Daha doğrusu, uşaqların oyuna yanaşması məni qane etdi. İntizamlı və istəkli idilər. Ancaq səhvlərimiz oldu. Bu səhvlər də mövsümün əvvəlinə xarakterikdir. Uzunmüddətli hazırlıq keçmək üçün vaxtımız olmadı. Çempionat hələ başlamayıb, oyun təcrübəsinə ehtiyac var. Daxili birincilik başladıqdan sonra futzalçılar formasını bərpa edəcəklər. Yenə deyirəm, uduzmağı heç kim istəmir. Ancaq yoldaşlıq oyunlarının vacibliyi də məhz səhvləri, çatışmazlıqları görmək, təsbit etmək üçündür. Hansı planda daha çox işləməli olduğumuzu aydınlaşdırdıq”.