Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Nihad İsmayılov zədələndiyi üçün millinin toplanışına qoşulmayıb. Əvəzində EKOL-dan Faiq Əliyev hazırlıq prosesinə dəvət olunub. Qeyd edək ki, milli sentyabrın 21-dən 26-dək Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq Caspian Cup turnirində iştirak edəcək.