...

“Bu gün çox yaxşı oynadıq”


Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində İranla keçirilmiş oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlama verib:

 

“Bu gün çox yaxşı oynadıq. Rəqibimiz son dünya çempionatının bürünc mükafatçıdır, reytinq sıralamasında isə üst pillələrdə qırarlaşıblar. İlk oyunda ikinci hissəni yaxşı oynamışdıqsa, bu dəfə hər iki hissədəki çıxışımızdan razı qaldım. Narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdir. 10 metrlik zərbəni vura bilmədik, əks-hücumlarda rəqibi azlıqda yaxalasaq da, üstünlüyümüzü qol çevirə bilmədik. Buna çox diqqət etməliyik. Rəqib son saniyələrdə qələbə topunu vuramağa yaxın oldu. Hələ görüləcək işlərimiz var”.