...

“Araz” mübarizəni dayandırdı


UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Araz” bu gün əsas mərhələdə son oyununu keçirdi. Ukraynanın “Xerson” klubu ilə qarşılaşma komandamız üçün heç bir əhəmiyyət daşımasa da, rəqibə mərhələni birinci pillədə yekunlaşdırmaq üçün çox qol vurmaq gərəkirdi. Matçda hesabı Azərbaycan çempionu açdı. Ancaq təmsilçimiz fasiləyə qədər üstünlüyünü qoruya bilmədi. İkinci hissədə yorğunluq da sözünü dedi ki, nəticədə fərq artmağa başladı. Düzdü, İsa Atayevlə Xətai Bağırov hərəyə bir dəfə rəqib torunu da silkələdik. Lakin bu, məğlubiyyətdən qaçmağa yetmədi. Əksinə, rəqib fərqi artırmaq üçün son 5 dəqiqəni 5 meydan oyunçusu ilə keçirdi. Beləliklə təmsilçimiz mübarizəni dayandırmalı oldu.

“Xerson” (Ukrayna) – “Araz” (3:1) 8:3

12 oktyabr. Halle şəhəri. De Bres Arena. Saat 19:30

Hakimlər: Moshe Bohbot (İsrail), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova)

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya)

Qollar: R. David, 08:24, 25:44, İ. Korsun, 09:43, L. Lanko, 18:30, P. Şoturma, 22:22, 39:24, M. Bilotserkivets, 23:26, 30:01 // M.o Zavrych, 04:04 (ö/q), İ. Atayev, 29:52, X. Bağırov, 39:05

Sarı vərəqələr: R. David, 07:12, İ. Korsun, 33:19 // X. Bağırov, 31:20

 

“Xerson”

19. Yuri Savenko (q), 4. Dani Fernandez, 5. Vitali Skori (k), 10. Roninho, 11. Mixaylo Volianiuk, 17. İllia Bakinskyi (k), 2. Riçard David, 8. Dmitri Sorokin, 9. Mixaylo Zavrych, 12. Petro Şoturma, 13. Levgen Lanko, 15. Mikola Bilotserkivets, 18. Maksim Bessalov, 20. İhon Korsun

Baş məşqçi: Xavi Rodriguez Nebreda

 

“Araz”

12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 19. Vladislav Reznov (q), 10. Nihad İsmayılov, 17. İsa Atayev

Baş məşqçi: Joze Alesio Da Silva