2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirəcək. Komandamız saat 20:00-da Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşacaq. İdman TV-dən canlı yayımlanacaq oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Azərbaycan – Moldova
23 oktyabr. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Ondrey Çerny (Çexiya), İngus Puriņş (Latviya), İngo Heemsoth (Almaniya)
Hakim-inspektor: Galan Nieto Pedro Angel (İspaniya)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)