...

İntizam Komitəsinin qərarları


AFFA-nın İntizam Komitəsinin qərarlarını diqqətinizə çatdırırıq:

Futzal üzrə Yüksək Liqada 13 noyabrda keçirilmiş “Neftçi” İK – “Araz” oyununda “Neftçi” klubunun futzalçısı Rüfət Balakişiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3)
Futzal üzrə İkinci Liqada noyabrın 17-də “Star karqo-2” – “Timsport” oyununda “Timsport” komandası təyin olan vaxtda meydana çıxmadığı üçün “Timsport” klubuna 0-5 hesablı texniki məğlubiyyət verilir (maddə 55).

Futzal üzrə Birinci Liqada 15 noyabrda keçirilmiş “Baku Fans” – “Çinar Cəbrayıl” oyununda “Baku Fans”da Saleh Əzizov son ümid fouluna görə qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Futzal üzrə Birinci Liqada 16 noyabrda keçirilən “Qarabağ Füzuli” – “Metropoliten” oyununda “Metropoliten” klubunun üzvü Teymur Nəsibov ikinci sarı – qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 47).  

Futzal üzrə Birinci Liqada 5 noyabrda keçirilən “Baku Fans” – “Baku Fire-2” oyununda “Baku Fans”ın üzvü Eldost Paşayev rəqibi ayaqla bilərəkdən vurduğuna görə, hakimi təhqir, hakimə fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alıb meydançadan kənarlaşdırıldığı üçün 10 oyun cəzalandırılır (maddə 37.8).

Futzal üzrə Birinci Liqada 15 noyabrda keçirilməli olan “Veqa” – “Forza Neftçi” oyunu “Veqa” komandası təyin olunmuş vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Buna görə kluba 0-5 hesablı texniki məğlubiyyət verilir (maddə 55).

Yüksək Liqada 13 noyabrda keçirilən “Premier” (Quba) – “Yasamal” İSK oyununda “Yasamal” İSK-nın üzvü Kamran Nəcəfzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır (maddə 37.4).

Yüksək Liqada 13 noyabrda keçirilən “Record club” – “Baku Fire” oyununda “Record club”un oyunçusu Mehran Məsumikian rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 47).