1 dekabr 2019-cu il, futzal üzrə İkinci Liqanın NTD – “Emin Spor” matçında “Emin Spor” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
1 dekabr 2019-cu il, futzal üzrə İkinci Liqanın “Baku Hughes” – “Bibi Heybət” matçında “Baku Hughes” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
1 dekabr 2019-cu il, futzal üzrə İkinci Liqanın “Advokat” – “Hövsan” matçının 1-ci dəqiqəsində “Advokat” klubunun 77 №-li futzalçısı Ceyhun Şirinli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
30 noyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – “Standard” matçının 24-cü dəqiqəsində “Standart” klubunun 11 №-li futzalçısı Mehdi Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 24-cü dəqiqəsində “Standard” klubunun inzibatçısı İlkin Məmmədov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 61).
30 noyabr 2019-cu il, futzal üzrə üzrə Birinci Liqanın “Baku Fans” – U-19 matçında “Baku Fans” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
30 noyabr 2019-cu il, futzal üzrə üzrə Birinci Liqanın “Zirvə Bakı” – “Baku Fire 2” matçının 13-cü dəqiqəsində “Zirvə Bakı” klubunun 20 №-li futzalçısı Murad İsmayılov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
29 noyabr 2019-cu il, futzal üzrə üzrə Birinci Liqanın AZMİU – “Metropoliten” matçının 20-cı dəqiqəsində AZMİU klubunun 6 №-li futzalçısı Adil Məmmədzadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
28 noyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – “Xızı Futzal” matçının 29-cu dəqiqəsində “Xızı Futzal” klubunun 18 №-li futzalçısı Morteza Cahandoust ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 34-cü dəqiqəsində EKOL klubunun 10 №-li futzalçısı Samir Həmzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
28 noyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Baku Fire” – “Bakı” TFK matçının 35-ci dəqiqəsində “Bakı” TFK klubunun 77 №-li futzalçısı Vüsal Buludov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).