1. “Baku Fans” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2. AFFA İntizam Komitəsinin 20 noyabr 2019-cu il tarixli qərarı ilə Futzal üzrə Birinci Liqada 5 noyabrda keçirilən “Baku Fans” – “Baku Fire-2” oyununda “Baku Fans”ın üzvü Eldost Paşayevin rəqibi ayaqla bilərəkdən vurduğuna, hakimi təhqir etdiyinə, hakimə fiziki təzyiq göstərdiyinə görə 10 oyun cəzalandırılması qərarı qüvvədə saxlanılsın.