İkinci Liqada çıxış edən “Emin spor” komandası mövsümün qalan hissəsini yeni adla keçirəcək. Belə ki, klub rəhbərliyi federasiyaya müraciət edərək komandanın adını dəyişdirmək istədiyini bildirib. Federasiya rəhbərliyi müraciəti müsbət cavablandırıb. Beləliklə “Emin spor” komandası “Yurd” MFK adı altında çıxışını davam etdirəcək. Komandanın yeni adla ilk sınağı bu gün Azərbaycan kubokunun “Veqa” ilə oyununda olacaq.