Bu gün keçirilən 10 matçla Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunlarına yekun vuruldu.
Günün ilk matçı U-19-un məğlubiyyəti ilə yadda qaldı. Qələbəni İkinci Liqa komandası qazandı. Şübhəsiz mərkəzi oyunda öz liqalarının lideri olan NTD və “AjaxBaku” üz-üzə gəldi. CBC Sport kanalı vasitəsilə canlı yayımlanan oyuna Birinci Liqanın lideri effektli hücumla başladı. Əvvəlcə Vüqar Rəhimov, ardınca Əsgər Hümbətov rəqib torunu silkələdi. NTD fərqi ikinci hissənin startından dərhal sonra azaltdı. Bu dəfə Emil Abbas-zadə intriqanı yenidən bərpa etdi. Amma qapıçının inamısz oyunu “AjaxBaku”nun 2 topluq üstünlüyünü bərpa etməsinə kifayət etdi. Rafiq Eyvazov debüt oyununda vacib qola imza atdı. Zakir Kərimov 10 metrlik zərbəni dəqiq yerinə yetirməklə fərqi yenidən minimuma endirsə də, Eyvazov dubl etməyi bacardı. Qoldan sonra isə “AjaxBaku” azlıqda qaldı. Eşqin Tağıyev ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk etdi. Onun cavab oyununu buraxacağı da dəqiqdir.
Mərhələnin ilk heç-heçəsi isə “Bibi-Heybət” – “Xızı Yasamal” duelində qeydə alındı. “Xızı Yasamal” qarşılaşmanın əksər hissəsini hesabda öndə keçirsə də, üstünlüyünü sona qədər qoruya bilmədi. Yekunda mərhələnin ilk heç-heçəsi qeydə alındı.
“Zülfüqar” isə “Star karqo” ilə çətin dueli minimalhesabla öndə bitirdi. “Baku Fire-3” – “Yasamal” İSK-2 oyunu isə dramatik alındı. “Yasamal” İSK-2 ardıcıl iki qol vuraraq hesabda önə keçdi. Sona 44 saniyə qalmışa qədər üstünlüyünü davam etdirən Birinci Liqa təmsilçisi rəqibin fərqlənməsinə mane ola bilmədi. Matçın heç-heçə başa çatacağını düşünən zaman meydan sahibi komanda hesabı lehinə dəyişdi. Son saniyə qolu “Baku Fire-3”ə ilk oyunda qələbə qazandırdı.
“Baker Tilly” – ADBTİA qarşılaşması da gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçdi. Xüsusilə qış fasiləsində heyətinə əl gəzdirən “Baker Tilly” sürətli hücumla hesab açdı. Abbas Qasımzadə fərqləndi. Emin Cəbrayılov penalti zərbəsini dəqiq yerinə yetirməklə status-kvonu bərpa etsə də, Qasımzadənin dublna mane ola bilmədi. Ardınca Vüsal İsayev yeni komandasında qol hesabını açdı. Komandalar fasiləyə bu hesabla yollandılar. İkinci hissədə Elvin Quliyev penaltini tora qovuşdurmaqla fərqi də 3 topa çatdırdı.
“Transfer pəncərəsi”nin açıq olmasından maksimum istifadə edən “Forza Neftçi” yeni transferləri ilə “Təbriz” qarşına çıxmışdı. Rəqibin ilk hücumdaca hesabı açması fan-klub üçün şok effekti yaratdı. Hərçənd yeni baş məşqçinin rəhbərliyi altında “Forza Neftçi” fasiləyə qədər ancaq bərabərliyi bərpa edə bildi. İkinci hissəyə də komandalar qarşılıqlı qollarla başladı. Bu dəfə qonaqlar tez fərqlənən tərəf oldu. Oyunu cəmi bir əvəzetmə ilə keçirən “Təbriz” 23-cü dəqiqədə yenidən önə keçdi. Ancaq Vüsal Səfərov da vurduğu qolla yeni komandasına kömək etmək üçün gəldiyini sübut etdi. Sona 15 saniyə qalmış Samir Əzimzadə 10 metrlik zərbəni qola çevirə bilmədi. Davud Kərimi komandasını məğlubiyyətdən xilas etdi.
“Zəngilan” isə “Bədr FK Xocalı” ilə oyunda 4 top fərqli üstünlük qazansa da, sona 17 saniyə qalmış qələbəni əldən verdi. Matç ən böyükhesablı heç-heçə oldu. “Bədr FK Xocalı”nın heyətində meydana çıxan təcrübəli Rüfət Hüseynov 5 qol vurmaqla görüşə möhürnü vurmuş oldu.
Günün son oyununda “Standard” sevinən tərəf oldu.
Bu mərhələnin cavab oyunların yanvarın 17-də, 18-də və 19-da “Olimpik Star”da keçiriləcək.
Gənclik İK – U-19 4:2
NTD – AjaxBaku 2:4
Bibi-Heybət – Xızı Yasamal 3:3
Zülfüqar – Star kargo 5:4
Baku Fire-3 – Yasamal İSK-2 3:2
Baker Hughes – AzMİU 5:3
Baker Tilly – ADBTİA 4:1
Təbriz – Forza Neftçi 3:3
Bədr Xocalı – Zəngilan 8:8
AZZERS – Standard 2:6