19 yanvar 2020-ci il, futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin AzMİU – “Baker Hughes” arasında cavab oyununun 29:56-cı dəqiqəsində AzMİU komandasının heyətində yetərsay olmadığı üçün komandaya texniki məğlubiyyət verilir (0-5) (maddə 50).
Oyunun 28:53-cü dəqiqəsində AzMİU komandasının oyunçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 29:56-cı dəqiqəsində AzMİU komandasının oyunçusu Fatih Demirdağ hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır (maddə 41.3).
Oyunun 29:56-cı dəqiqəsində AzMİU komandasının oyunçusu Ayberkemre İnceoğlu hakimə etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır (maddə 47).
19 yanvar 2020-ci il, futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin U-19 – “Gənclik İK” arasında cavab oyununun 15:29-cu dəqiqəsində U-19 komandasının oyunçusu Şahmar Cəfərov sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyununun 19:58-ci dəqiqəsində U-19 komandasının oyunçusu Ridan Babayev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
18 yanvar 2020-ci il, futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “Red Line” – “Timsport” arasında cavab oyununun 21:52-ci dəqiqəsində “Timsport” komandasının oyunçusu Məmmədov Ağasərdar qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 47).