Azərbaycan milli komandası indiyə qədər Rusiya yığmasını məğlub edə bilməmişdi. Yanvarın 30-da Qradsk Arena”da keçirilən matçın nəticəsi bir ilki tarixin səhifəsinə həkk etdi. 4:3 hesablı qələbə həm də bu komanda ilə duellərdəki uğursuzluğa son qoydu. Dünya futzalının liderlərindən olan Rusiya ilə indiyədək 8 qarşılaşma baş tutub. Təmsilçimizin ən böyük uğuru heç-heçə olub. 7 dəfə uduzan yığma dəfələrlə böyük hesabla darmadağına üzülüb. Bu dəfə isə Joze Alesionun yetirmələri tarixdə ilk dəfə belə güclü rəqibə qalib gəlib. Qeyd edək ki, əvvəlki 8 oyundan ikisi yoxlama oyunu, ikisi beynəlxalq turnirdə olubsa, 4 görüş rəsmi xarakterli böyük yarışların seçmə, final və pley-offuna təsadüf edib. Bir ilki də qeyd etmək yerinə düşərdi Rafael Vilela millinin heyətində rəsmi oyunlarda qol hesabını açdı. Belə ki, hücumçu Rusiya millisinin qapısına ilk qolu vurmaqla buna nail oldu. Vilelə 2017-ci ildə iranda təşkil edilən beynəlxalq turnirdə yığmamızın formasını geyinib. O, Rusiya, İran və Qazaxıstanla oyunların hamısında fərqlənmişdi.
20.01.2001. YO. Rusiya – Azərbaycan – 6:1
21.01.2001. YO. Rusiya – Azərbaycan – 10:1
27.01.2004. AÇSO. Rusiya – Azərbaycan – 5:0 /Serbiya/
27.03.2012. DÇSO-P. Azərbaycan – Rusiya – 2:3
09.04.2012. DÇSO-P. Rusiya – Azərbaycan – 2:2
09.02.2016 AÇ. Azərbaycan – Rusiya 2:6 /Serbiya/
04.12.2017. BT. Rusiya – Azərbaycan – 4:3 /İran/
22.09.2019. BT. Azərbaycan – Rusiya – 1:2 /Rusiya/
30.01.2020. DÇSO. Azərbaycan – Rusiya – 4:3 /Xorvatiya/