...

Son oyunda heç-heçə


DÇ-2020-nin elit-raund mərhələsində Azərbaycan milli komandası bu gün qrupda son oyununu keçirib. Futzalçılarımız Slovakiya yığması ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. Matuj Kijovskinin avtoqol etdiyi oyunda komandamızın digər qolunu Rafael Vilela vurub. Aktivində 4 xal olan millimizin pley-off mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək Xorvatiya – Rusiya matçının nəticəsindən sonra müəyyənləşəcək.

Slovakiya – Azərbaycan (1:1) 3:3

DÇ-nin elit-raun mərhələsi

1 fevral. Osiek şəhəri. Qradski vrt Arena. Saat 20:00

Hakimlər: Angelo Galante, Chiara Perona, Nicola Manzione

(Hakimlər briqadası İtaliyadandır)

Qollar:  Marian Hudek, 08:10, Matuş Çevçik, 30:42, Matuj Kijovski, 39:52 // Rafael Vilela, 16:21, Matuj Kijovski, 28:51 (ö/q), Thiago Telles Martins “Bolinha”, 39:57

Sarı vərəqələr: Martin Pechy, 28:32// Eduardo Borges, 17:08, İsa Atayev, 16:05

Qırmızı vərəqə: Eduardo Borges, 39:37

 

Slovakiya

12. Riçard Oberman (GK), 3. Martin Zdrahal, 10. Marek Belanik, 11. Matuj Kijovski, 16. Tomaş Drahovski (k), 1. Milan Herko (GK), 4. Erik Klema, 5. Qabriel Rick, 6. Martin Pechy, 7. Matuş Çevçik, 8. Marian Hudek, 15. Vojtech Turek

Baş məşqçi: Marian Berky

 

Azərbaycan

12. Rövşən Hüseynli (GK), 10. Oliveira Da Nascimento “Vassora”, 9. Rafael Vilela, 13. Kardoso Everton, 6. Eduardo Borges, 1. Emin Kürdov (GK), 3. Tiago Telles Martins “Bolinha”, 5. Amir Shojaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Jonathan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshagh Soorghali,

Baş məşqçi: Joze Alesio Da Silva