...

NTD-yə 4 saniyə şoku


Bu gün “Olimpik Star”da keçirilən 6 oyunla Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunlarına yekun vuruldu. “Standard” bu dəfə minimalhesablı qələbəyə sevindi. “Badamlı” – “Forza Neftçi” oyunu isə gərgin keçdi. “Forza” görüşün əvvəlində müqavimət göstərsə də, İrandan dəvət olunmuş legionerlərlə güclənmiş Naxçıvan təmsilçisi üstünlüyünü sona qədər qorudu. Elə növbəti matçda da mərhələni Bakıya təşrif buyurmuş qonaqlar qazandı. “Bakı” ilə 1:1 hesablı duelin revanşında “Nəqşicahan” qələbəni aktivinə yazdırdı və “Baku Fans”ın rəqibi oldu. NTD – EKOL duelinin ilk matçında qeydə alınan nəticə nə qədər gözlənilməz olsa da, kubokun son sahibi titulunu itirməklə barışmaq fikrində deyildi. Bunun üçün 5 top fərqli qələbə qazanmaq gərəkirdi ki, 18-ci dəqiqədə EKOL rəqibindən 3 top çox vurmuşdu. Üstəlik, Yüksək Liqa təmsilçisi dördücü qolu bir nəfər azlıq qalan zaman rəqib qapısından keçirdi. EKOL-a mübarizəni davam etdirmək hüququ verilən qol isə görüşün başa çatmasına 4 saniyə qalmış vuruldu. Fərid Atakişiyev görüşün qəhrəmanı oldu. “Atletiko Baku” – “Yasamal” İSK ilk oyunda məhsuldar heç-heçə etdiyindən, cavab oyununa maraq az deyildi. Elə qollarda qarşılıqlı sıralama şəklində vurulurdu. Tədricən üstünlüyünü artıran “Atletiko Baku” qalib gəldi. Son qarşılaşmada isə “Avdokat” rəqibindən güclü oldu. “Vəkillər” böyükhesablı qələbə sayəsində Yüksək Liqanın ortabablarından “Baku Fire”i mübarizədən kənarlaşdırdılar.

Dalga – Standard 0:1

İlk oyun: 1:6

 

Badamlı – Forza Neftçi 7:3

İlk oyun: 5:2

 

Nəqşicahan – Bakı TFK 5:1

İlk oyun: 1:1

 

NTD – EKOL 1:5

İlk oyun: 5:2

 

Atletiko Baku – Yasamal İSK 5:2

İlk oyun: 4:4

 

Advokat – Baku Fire 8:3

İlk oyun: 4:5

 

1/8 final mərhələsinin cütlükləri:

Araz – Baker Tilly//Xızı Futzal

Marafon - Atletiko Baku

EKOL - Standand

Neftçi İK – Badamlı

Advokat - Star karqo-2

Premier (Quba) - Red Line

Nəqşicahan - Baku Fans

Hövsan - Yurd MFK

Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 11-də və 12-də, cavab görüşləri martın 18-də və 19-da keçiriləcək.