...

İntizam Komitəsinin qərarları


24 fevral, futzal üzrə Yüksək Liqanın “Yasamal” İSK – “Premier” (Quba) matçı “Premier” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Premier” komandasına 0:5 hesablı məğlubiyyət verilir.(maddə 50)

22 fevral, futzal üzrə I Liqanın U-19 – “Xızı Yasamal” matçında U-19 komandasının futzalçısı Ridan Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığına görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)

“Xızı Yasamal” komandasının futzalçısı Vüsal Heybətov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə aldğına görə  meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)

“Xızı Yasamal” komandasının rəhbəri Orxan Allahverdiyev texniki zonanın qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 61)

21 fevral, futzal üzrə I Liqanın “Star Kargo” – “AjaxBaku” matçında “Star Kargo” komandasının futzalçısı İbrahim Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə aldğına görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

23 fevral, futzal üzrə II Liqanın “Atletiko Baku” – “Star Kargo-2” matçında “Star Kargo-2” komandasının futzalçısı Anar Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.(maddə 41)

23 fevral, Futzal üzrə II Liqanın “Timsport” – “Borçalı” matçında “Timsport” komandasının futzalçısı Fərid Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşarkən, hakimlər briqadasını təhqir etmişdir. Bu səbəbdən o 4 oyun cəzalanır.(maddə 41)

20 fevral, futzal üzrə Yüksək Liqanın “Marafon” – “Araz” oyununda futzal qaydalarının hakimlər tərəfindən düzgün tətbiq olunmaması səbəbindən oyun yarımçıq dayandırılmışdır. Aparılan müzakirələrdən sonra oyunun yenidən keçirilməsinə qərar verilmişdir. Eyni zamanda, oyunun gedişində qovulma ilə nəticələnən qərarlar – Rashid Gholipour (Marafon, qırmızı vərəqə) və Elşad Quliyev (Marafon, baş məşqçi, qırmızı vərəqə) eləcə də digər intizam sanksiyaları qüvvədə saxlanılıb. Qırmızı vərəqə ilə qovulan şəxslərin 1 oyunluq cəzası növbəti təqvim oyununa şamil edilib.

24 fevral, futzal üzrə Yüksək Liqanın “Bakı” TFK – EKOL matçında EKOL komandasının  yaş limitinə uyğun 16 nömrəli futzalçısı Babək Abbasovun oyunda iştirak etməməsi məsələsinə baxıldı. Futzalçının səhhəti ilə bağlı problemi yarandığına görə oyunda iştirak etmədiyini nəzərə alaraq, komandaya ciddi xəbərdarlıq olunur. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə daha ciddi sanksiyalar tətbiq ediləcək.