...

İntizam Komitəsinin qərarları


5 mart, futzal üzrə Yüksək Liqanın XVIII turunun “Premier Quba” – “Neftçi” İK matçında “Premier” (Quba) komandası təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən “Premier” (Quba) komandasına 0:5 hesablı məğlubiyyət verilir (maddə 50).

3 mart, futzal üzrə İkinci Liqanın “Gənclik” İK – “Altay” matçında “Gənclik” İK komandasının futzalçısı Tərlan Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

4 mart, futzal üzrə İkinci Liqanın “Baker Hughes” – “Borçalı” matçında “Baker Hughes” komandasının futzalçısı Dair Məhəmmədov nalayiq ifadə işlətdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41).

4 mart, futzal üzrə İkinci Liqanın “Zülfüqar” – “Atletiko Baku” matçında “Zülfüqar” komandasının futzalçısı Zaur Kazimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

4 mart, futzal üzrə İkinci Liqanın “Zülfüqar” – “Atletiko Baku” matçında “Atletiko Baku” komandasının futzalçısı Mehdi Əzimzadə sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

4 mart, futzal üzrə İkinci Liqanın “Hövsan” – “Baku Fire-3” matçında “Baku Fire-3” komandasının futzalçısı Ramal Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etidiyi üçün 4 oyun cəzalanır (maddə 41).