Azərbaycan milli komandasının üzvü Eduardo Borges karyerasını Belçikanın “Halle Gooik” klubunda davam etdirəcək. Son 3 mövsümdə Fransanın “Acces Futsal” klubunun uğurları üçün çalışan müdafiəçi bu dəfə Belçikanın iddialı komandası ilə anlaşıb. O, qarşıdakı 1 ili bu komandanın heyətində keçirəcək.