Bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçərən Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan oyuna komandamız itkilərlə çıxıb. Fineo De Araujo zədəli, Eduardo Borges isə cəzalı olduğuna görə milliyə kömək edə bilməyib. Yeri gəlmişkən, Eduardo Borges məhz ötən il Slovakiya ilə keçirilmiş oyunda ikinci sarı-qırmızı vərəqə alaraq cəzalı duruma düşmüşdü. Oyunda hesabı futzalçılarımız açdı. Bolinha rəqib qapısına yol tapmaqla komandamıza üstünlük qazandırdı. 6-cı dəqiqədə Xətai Bağırov qapıçı ilə duel zamanı qeyri-dəqiq oynadı. Bir dəqiqə sonra İsanın, ardınca Çovdarovun zərbəsi təhlükəli alındı. Bağırov növbəti həmlə zamanı qapıçını da geridə buraxdı, amma “çərçivə”yə düşə bilmədi. 8-ci dəqiqədə isə bəxtimiz gətirdi. Marian Hudek dirəyi nişan aldı. 13-cü dəqiqədə Rövşən Drahovskinin qol vurmaq istəyini gözündə qoydu. Amma kapitan istəyinə 15-ci dəqiqədə çatdı. Vassoura və Hüseynlinin anlaşmazlığından istifadə edən hücumçu tablodakı rəqəmləri eyniləşdirdi. İkinci hissənin əvvəlində Rövşən Drahovski ilə dueldən qalib ayrıldı. Rafaelin zərbəsi isə təhlükəli, amma qeyri-dəqiq alındı. 30-cu dəqiqədə Drahovski-Brunovski tandemi fərqi dəyişməyə çox yaxın oldu. 34-cu dəqiqədə rəqib meydanda azlıqda qaldı. Amma futzalçılarımız meydandakı bu üstünlüyü hesaba daşıya bilmədilər. Əvəzində Qalo 38-ci dəqiqənin yekununda uzaq məsafədən rəqib torunu silkələdi. Rəqib qapıçını da meydan oyunçusu ilə əvəzlədi ki, bu dəfə Bağırov birinci hissədə qaçırdığı epizodların əvəzini çıxdı. Oyunda son nöqtəni isə İsa Atayev qoydu. Beləliklə 4:1 hesablı qələbə qazanan millimiz qrup lideridir.
Azərbaycan – Slovakiya (1:1) 4:1
Avropa çempionatının seçmə qrup mərhələsi
29 yanvar. Bakı İdman Sarayı. Saat 18:00
Hakimlər: İrina Velikanova (Rusiya), Yuri Neverov (Rusiya), Hikmət Qafarlı (Azərbaycan)
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan)
Hakim-inspektor: Edi Sunjic (Xorvatiya)
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka)
Qollar: Bolinha, 04:22, Qalo, 37:59, Xətai Bağırov, 39:36, İsa Atayev, 39:57 // Tomaş Drahovski, 14:56
Sarı vərəqələr: Rafael Vilela, 19:56, Vassoura, 31:08, Bolinha, 31:44 // Anton Brunovski, 05:26, Marek Belanik, 23:21
Qırmızı vərəqə: Anton Brunovski, 33:10 (ikinci sarı)
Azərbaycan
12. Rövşən Hüseynli (GK), 3. Bolinha, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 9. Rafael Vilela, 1. Emin Kürdov (GK), 10. Vassoura, 5. Amir Shojaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 20. Tofiq Mikayılov, 14. Hadi Ahmadi
Baş məşqçi: Joze Alesio Da Silva
Slovakiya
12. Riçard Oberman (GK), 1. Milan Herko (GK), 2. Marek Karpiak (GK), 10. Marek Belanik, 13. Anton Brunovski, 14. Daniel Çerovski, 4. Martin Doşa, 16. Tomaş Drahovski, 17. Marko Hudaçek, 8. Marian Hudek, 11. Matuj Kijovski, 6. Matuş Çevçik, 7. Martin Smerçka, 9. Filip Vaktor
Baş məşqçi: Marian Berky
№ |
Komanda |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Azərbaycan |
1 |
1 |
0 |
0 |
4-1 |
3 |
2 |
Moldova |
1 |
1 |
0 |
0 |
3-1 |
3 |
3 |
Yunanıstan |
1 |
0 |
0 |
1 |
1-3 |
0 |
4 |
Slovakiya |
1 |
0 |
0 |
1 |
1-4 |
0 |