Bu gün Yüksək Liqada keçirilən 2 oyun iki statistik göstərici ilə yadda qalıb. İlk oyunda cari mövsümdə 100-cü qol vurulub. EKOL – Yasamal İSK qarşılaşmasında birincilər yubiley qolunun müəllifi olub. Belə ki, Sərxan Məstiyevin 25:37-də vurduğu qol mövsümün ilk üçrəqəmli yubileyidi. Bu oyunda iki ildən sonra daha bir göstərici yenilənib. EKOL hazırkı Yüksək Liqada bir oyunda 20-dən artıq qol vuran ilk komanda olub. Bir komandanın bir oyunda 20 və daha çox qol vurduğu sonuncu göstərici 2016-2017-ci il mövsümündə qeydə alınmışdı.