...

Ardıcıl üçüncü qələbə


Bu rəqiblə son duelimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində olmuşdu. 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş həmin qarşılaşmada millimiz qələbə qazanmışdı - 3:1. Həmin oyunda qolların ikisini Bolinha, digərini isə Vassoura vurmuşdu. Rəqib heyətində də fərqlənən futzalçı bu gün meydandakı yerini almışdı. Söhbət Andrian Laşkudan gedir. Bu dəfə isə fərqli reqlament əsasında  keçirilən Avropa çempionatının seçmə qrup oyununa prinsipiallığı artıran həm də komandaların turnir cədvəlinin qonşu pillələrində yer alması idi. Millimizlə bərabər, Slovakiya qrupun iddialı komandası hesab edilsə də, fevralda keçirilmiş matçda heç-heçə edən Moldova proqnozları alt-üst etdi. Nəticədə bu görüşdən əvvəl 6 xalla zirvədə yer alan Azərbaycan millisini 4 xalı olan Moldova yığması izləyirdi. Eyni zamanda, Moldova ilə həm Bakıdakı, həm də Kişinyovdakı oyunda qazanılacaq qələbə futzalçılarımızın finala yüksəlmək baxımından işini xeyli rahatlaşdıracaqdı. Heyətlərə gəldikdə, bir neçə gün əvvəl məşqdə zədələnən Emin Kürdovun yoxluğunu Cavad Məmmədov doldurmuşdu. Millimizin baş məşqçisi Alesio “dörd”lüyü ölkə xaricində çıxış edən futzalçılardan qurmuşdu. Müdafiədə Qalo və Edu, irəlidə isə Rafael və Vassoura yer almışdı. Qapının dəyişməz keşikçisi isə yenə Rövşən Hüseynli idi. Oyunda “çərçivə” istiqamətinə ilk zərbəni Vilela endirsə də, rəqibin cavabı daha təhlükəli alındı. Burdujelin ötürməsi zamanı Qalonun istiqamətini dəyişdiyi top daha sonra dirəyə dəydi. Yerdə uzanıqlı olan Rövşən ona sahib çıxmaqla təhlükəni sovuşdurdu. 4-cü dəqiqədə Vilelanın hesabı açmasına qapıçı imkan vermədi. Edunun cəhdində isə cüzi dəqiqlik çatmadı. Oyunada üstünlüyü tamamilə ələ alan və rəqib müdafiəsini uzaqdan yarmağa çalışan millimizdən Hadi dirəyi nişan aldı. Elə Fineonun da 14-15 metrlik məsafədən “ev tapşırığı”nı yerinə yetirməsi qapı dirəyini silkələməklə yadda qaldı. Bununla belə, istəyinə 7-ci dəqiqədə çatdı. O, bir futzalçını aldadıb bu dəfə “çərçivə”ni dəqiq nişan aldı. 8-ci dəqiqədə müdafiədə anlaşılmazlıq az qala hesabın bərabərləşdirilməsinə şərait yaratdı. Üç dəqiqə sonra Qalo təhlükəli zərbə ilə rəqibi həyəcanlandırdı. Hesabı isə kapitan dəyişdi. Hadidən əla ötürmə alan və qapıçı ilə übəüz qalan Rizvan toru silkələməklə komandamızın üstünlüyünü iki topa çatdırdı. Bir dəqiqə sonra Fineo-Bolinha-Hadi paslaşmasını sonuncu lazımi ünvana çatdırmaqla tablodakı rəqəmi də dəyişdi. Birinci hissənin başa çatmasına 3 dəqiqə qalmış Andrey Neqara fərqi azaltmağa yaxın oldu, ancaq Rövşən topu kornerə çıxardı. Vilelanın buna qarşılıq verdiyi epizod zamanı isə bu dəfə rəqib qolkiper inamlı oynadı. Alesio ikinci hissəyə də eyni “dörd”lüklə başladı. 24-cu dəqiqədə Laşkunun zərbəsi bir qədər gözlənilməz oldu. Əvəzində Hadi Bolinhanı qapıçı ilə duelə göndərsə də, hücumçumuz fərqi artıra bilmədi. Cüzi arxayınlaşma fərqin azaldılmasına şərait yaratdı. Sergey Takot adını tabloya yazdırdı. Bolinha bir dəqiqə sonra bunun cavabını verdi və rəqibi meydanın mərkəzinə dəvət etdi. Xətai 30-cu dəqiqədə endirdiyi zərbə ilə komanda yoldaşlarının qaldığını qazandı. Bağırov bir neçə saniyə sonra qapıçını keçib itibucaq altında zərbə vursa da, top dirəyin yanından keçdi. Matçın başa çatmasına 1 saniyə qalmış isə Bolinha dubl etməklə hesabı müəyyənləşdirdi.   Bununla da millimiz ardıcıl üçüncü qələbəsini qazandığı oyunda Moldova ilk məğlubiyyəti ilə barışdı.

 

 

Azərbaycan – Moldova (3:0) 5:1

Avropa çempionatının seçmə qrup mərhələsi

4 mart. Bakı İdman Sarayı. Saat 19:00

Hakimlər: Giulio Kolombin (İtaliya), Daniel Dadamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan)

Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan)

Hakim-inspektor: Petrou Antonis (Kipr)

UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)

Qollar: Fineo De Araujo, 06:37, Rizvan Fərzəliyev, 13:44, Hadi Ahmadi, 14:51, Bolinha, 26:49, 39:59 // Sergey Takot, 25:15

Sarı vərəqələr: Rafael Vilela, 33:30 // Yulian Kojokaru, 20:42

 

Azərbaycan

12. Rövşən Hüseynli (GK), 6. Eduardo Borges, 13. Qalo, 9. Rafael Vilela, 10. Vassoura, 19. Cavad Məmmədov (GK), 3. Bolinha, 5. Amir Shojaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 16. Fineo De Araujo

Baş məşqçi: Joze Alesio Da Silva

 

Moldova

1. Oleq Çitoroaqi (GK), 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (K), 12. Sergey Burduja (GK), 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr Çımbalist, 13. Viktor Neqara

Baş məşqçi: Vladimir Busatıy

 

 

 

Komanda

O

Q

H/H

M

T/F

X

1

Azərbaycan

3

3

0

0

12-2

9

2

Moldova

3

1

1

1

8-10

4

3

Slovakiya

2

0

1

1

5-8

1

4

Yunanıstan

2

0

0

2

1-6

0