...

Millimiz final mərhələsinə vəsiqəni təmin edib


Avropa çempionatının seçmə qrup mərhələsinin IV turu çərçivəsində bu gün Azərbaycan millisi Moldova yığması ilə qarşılaşıb. Çoreskudakı “Futzal Arena”da keçirilən oyuna yığmamız əvvəlcədən də elan olduğu kimi, Rafael Vilelasız çıxmışdı. Hücumçu bu komandalar arasında 5 gün əvvəl Bakıda keçirilmiş qarşılaşmada sarı vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşmüşdü.

Alesio oyuna Bakıdakı duelin taleyini həll etmiş “4-lük”lə başladı. Baş məşqçi yalnız Hadi – Eduardo dəyişikliyinə ehtiyac duymuşdu.  Vusatıy isə Bakıdakı heyəti olduğu kimi meydana buraxmışdı.  

Oyunda hesabı komandamız açdı. Vassouradan ötürmə alan Hadi Ahmadi “doqquzluq”u dəqiq nişan almaqla rəqibi meydanın mərkəzinə dəvət etdi. Fasiləyə qədər Xətai və Qalo fərqi artırmağa yaxın oldu. Birincinin zərbəsində cüzi dəqiqlik çatmadısa, Qalonun sevinməsinə qapıçı imkan vermədi. Rövşən də işsız qalmadı. Xüsusilə də iki epizodda Neqaranın, eləcə də Laşkunun qol vurmasına mane olmaqla komanda yoldaşlarının alqışını qazandı.

İkinci hissənin əvvəlində komandamız fərqi artırdı. Vassoura baxımlı qol vurmaqla aktivimizə ikinci qolu yazdırdı. Oyuna fasilədən sonra qoşulan Ramiz Yunanıstanda olduğu kimi, bu dəfə də üçüncü qolun müəllifi oldu. Bundan sonra bir qədər arxayınlaşan millimiz topu qapısından çıxarmalı oldu. Bu dəfə Andrian Laşku fərqi azaltmaqla intriqanı ölməyə qoymadı. 35-ci dəqiqədə yenə rəqib futzalçı qol vurdu, amma bu dəfə avtoqol müəllifi kimi adını tabloya yazdırdı. Millimizin 3 topluq fərqi isə uzun çəkmədi. Dərhal qapıçını meydan oyunçusu ilə əvəzləyən rəqib fərqi azaltdı. Bir dəqiqəlik fasilə hüququndan istifadə edən Alesionun tapşırıqları isə start fitindən sonra bəhrəsini verdi. Qalonun vurduğu top qapıçıya dəyib geri qayıtsa da, Vassoura rəqib torunu silkələdi. Buna qarşılıq isə Neaqaradan gəldi.  Qapının boş olmasından 38-ci dəqiqədə Bağırov iki dəfə istifadə edə bilmədi. İlk zərbəsi tirə tuş gəldi, növbəti isə dirəyin yanından meydanı tərk etdi. Rövşən isə rəqib zərbələrini dəf etməklə qələbənin memarlarından oldu.

Bununla da aktivindəki xalların sayını 12-ə çatdıran komandamız ilk 2-likdəki yerini təmin etdi.

 

Moldova – Azərbaycan (0:1) 3:5

Avropa çempionatının seçmə qrup mərhələsi

4 mart. Çoresku. Saat 20:30

Hakimlər: Damian Qrabovski (Polşa), Yasin Alageyik (Belçika), Viktor Bugenko (Moldova)

Timekeeper: Valeri Minciuna (Moldova)

Hakim-inspektor: Talal Daravşi (İsrail)

UEFA nümayəndəsi: Zoran Dimic (Serbiya)

Qollar: Andrian Laşku, 31:59, Sergey Nikolayçuk, 35:08, Andrey Neqara, 36:57 // Hadi Ahmadi, 06:57, Vaasoura, 22:05, 36:42, Ramiz Çovdarov, 27:47, Yulian Kojokaru, 34:47 ö/q

Sarı vərəqələr: Konstantin Burdujel, 32:19 // Eduardo Borges, 09:59

Qırmızı vərəqə: Andrian Laşku, 39:29

 

Moldova

1. Oleq Çitoroaqi (GK), 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (K), 12. Sergey Burduja (GK), 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr Çımbalist, 13. Viktor Neqara

Baş məşqçi: Vladimir Vusatıy

 

Azərbaycan

12. Rövşən Hüseynli (GK), 3. Bolinha, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 16. Fineo De Araujo, 19. Cavad Məmmədov (GK), 13. Qalo, 10. Vassoura, 5. Amir Shojaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi

Baş məşqçi: Joze Alesio Da Silva

  

Komanda

O

Q

H/H

M

T/F

X

1

Azərbaycan

4

4

0

0

17-5

12

2

Slovakiya

4

2

1

1

16-8

7

3

Moldova

4

1

1

2

11-15

4

4

Yunanıstan

4

0

0

4

1-17

0