...

Moldova – Azərbaycan: Məşqçi fikirləri


Moldova – Azərbaycan oyunundan sonra keçirilmiş mətbuat konfransında hər iki baş məşqçinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Bu gün oyunumuz alınmadı. Bu da matça tam köklənə bilməməyimizlə bağlıdır. Görüş bizim üçün çox çətin oldu. Rəqibimiz də bu gün ən yaxşı oyunlarından birini keçirdi. Çoxlu səhvlərə yol verdik. Hətta buna görə məğlub da ola bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirdi. Təbii ki, oyunu təhlil edəcəyik, zəif çıxışımızın səbəbini aydınlaşdıracağıq. Sevinməli tərəf nəticə ilə bağlıdır. Ən azı vacib olan 3 xalı əldə etdik.

Moldovanın Avropa çempionatına vəsiqə qazanmaq şansı öz əlindədir. Biz növbəti oyunda Slovakiya ilə üz-üzə gələcəyik. Əlbəttə, qələbə qazanmaq üçün meydana çıxacağıq. Moldova isə qalan görüşlərini qələbə ilə başa vursa, məqsədinə nail olacaq”.

Vladimir Vusatıy (Moldova millisinin baş məşqçisi): “Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Bu görüşdə yaxşı nəticə əldə etmək üçün çoxlu məşqlər etmişdik. Həqiqətən də mütəmadi Avropa çempionatının final mərhələsində çıxış edən komandaya qarşı oyun planında yaxşı təsir bağışladıq. Çox istəkli idik, fiziki və funksional olaraq tapşırıqları yerinə yetirdik. Ancaq xırda nüanslar çatmadı ki, bu əziyyətimizi qələbəyə çevirək. Hələ oyundan əvvəl uşaqlara tapşırdım ki, diqqətli olun, imkanları düzgün istifadə edin.

İki oyunumuz qalıb, amma heyətlə bağlı problemlərimiz yaranıb. Laşku qırmızı vərəqə aldı və biz aparıcı oyunçumuzu itirdik. Çalışacağıq Slovakiya ilə görüşdə məsələni xeyrimizə həll edək”.