Moldova ilə oyunda qazanılan qələbə sayəsində millimiz Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Belə ki, aktivində 12 xal olan komandamız 3-cü qrupun lideridir. Millimiz ən azı ilk iki pilləni təmin edib. Bu isə yığmamıza həlledici raunda yüksəlmək imkanı verir. Komandamızdan başqa, Xorvatiya, İtaliya, Rusiya və İspaniya da final mərhələsinə vəsiqəni təmin edib.